FutbolMedia.Az
  • 05:23 Çərşənbə
    29 İyun 2022
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Azərbaycanın 4 güləşçisi İtaliyada çempion oldu

Azərbaycanın 4 güləşçisi İtaliyada çempion oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb.

Futbolmedia.az xəbər verir ki, ilk yarış günündə 55, 60, 63, 67, 87, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

60 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərimizdən Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə amerikalı İldar Hafizova (9:4) qalib gəlib. İkinci turda güləşçilərimiz bir-biriylə qarşılaşıb. Daha təcrübəli Murad 7:1 hesablı qələbə əldə edib. Sonuncu turda Nihat Ekrem Öztürkü (11:0), Murad isə İldar Hafizovu (9:0) çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəliblər.

B qrupunda yer alan Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu çətinlik çəkmədən məğlub edib – 8:0. Dünya və Avropa çempionumuz növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında qalib gəldiyi Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb.

Murad yarımfinalda Helarini (9:4), Eldəniz isə Nihatı (9:0) üstələyib. Məmmədli 3-cü yer uğrunda görüşdə Maeqisaluya (10:0), Məmmədov isə finalda Əzizliyə (9:1) qalib gəlib.

63 kq-da A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. Məmmədov ikinci turda amerikalı Deyvid Telkeyə tam üstünlüklə qalib gəlib – 10:0. Taleh yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib – 4:1. Məmmədov finalda yenidən Çiobanuyla qarşılaşıb və bu dəfə revanş alıb – 4:2

Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində macar Erik Torbanı vaxtından əvvəl məğlub edib – 8:0. Cəfərov 1/4 finalda isveçli Niklas Oehlenə də aman verməyib – 9:0. Həsrət yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Məhəmməd Cavad Rezaiyə (İran) 8:3 hesabıyla qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə türkiyəli Furkan Yıldıza göz açmağa imkan verməyən (9:0) Cəfərov baş mükafata yiyələnib.

İslam Abbasov (87 kq) ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub – 5:0. Abbasov 1/4 finalda macar İştvan Takaçı yolundan kənarlaşdırıb – 10:4. İslam yarımfinalda dünya ikincisi Aleks Kessidisə (İsveç) qalib gəlib – 2:0. Sumqayıt güləş məktəbinin yetirməsi finalda Macarıstanın digər təmsilçisi Erik Silvaşini sonuncu xal prinsipinə əsasən (1:1) üstələyərək, turnirin qalibi olub.

97 kq-da təmsilçilərimiz 1/8 finalda üz-üzə gələcək. Arif Niftullayev cərimə xallarıyla Murat Lokyayevi üstələyib – 2:0. Niftullayev 1/4 finalda macar Aleks Şokeyə 1:3 hesabıyla uduzub.

Sabah Şəriəti (130 kq) ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Dariuş Attila Vitekə (Macarıstan) heç bir şans tanımayıb – 8:0. Şəriəti 1/4 finalda amerikalı Kolton Şults üzərində də təmiz qələbə qazanıb – 10:0. Bu mərhələdən mübarizəyə qoşulan Beka Kandelaki isə litvalı Romas Fridrikasa qalib gəlib – 4:0. Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Sabah sonuncu xal prinsipinə əsasən (1:1) finala vəsiqə qazanıb. Kandelaki 3-cü yer uğrunda görüşdə Şultsu 4:2 hesabıyla məğlub edibsə, Şəriəti finalda dəfələrlə dünya və Avropa çempionu olmuş Rza Kayaalpa (0:4) uduzub – 0:4.

Beləliklə, yunan-Roma güləşçilərimiz ilk yarış günündə 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

23-06-2022, 13:16
3980
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
20-06-2022, 10:45
Erməni üzərində qələbə, 10 medalla 1-ci yer
Erməni üzərində qələbə, 10 medalla 1-ci yer
15-06-2022, 12:24
Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu -
Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu - Avropa Çempionatı
1-04-2022, 14:01
Beş yunan-Roma güləşçimiz mübarizəyə başlayır
Beş yunan-Roma güləşçimiz mübarizəyə başlayır
14-03-2022, 09:22
Güləşçilərimiz Avropada medallar qazandılar
Güləşçilərimiz Avropada medallar qazandılar
12-03-2022, 10:19
Qadın güləşçilərimizdən 4 medal
Qadın güləşçilərimizdən 4 medal
9-10-2021, 13:33
Son 3 güləşçimiz mübarizəyə başlayır -
Son 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
8-10-2021, 11:52
Güləşçimiz medal görüşünə çıxır
Güləşçimiz medal görüşünə çıxır
23-08-2021, 16:21
Yunan-Roma güləşçilərimizdən uğurlu nəticə
Yunan-Roma güləşçilərimizdən uğurlu nəticə
1-07-2021, 08:19
Güləşçilərimiz qızıl medal qazandılar
Güləşçilərimiz qızıl medal qazandılar
28-06-2021, 21:20
Güləşçimiz finala yüksəldi -
Güləşçimiz finala yüksəldi - Avropa çempionatı
28-06-2021, 17:00
Güləşçimiz erməniyə qalib gəldi
Güləşçimiz erməniyə qalib gəldi
8-06-2021, 10:07
Cüdoçumuz medal şansını qaçırdı -
Cüdoçumuz medal şansını qaçırdı - Dünya çempionatı
  Xəbər Lenti
De Byazi: "Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm" 27.06.2022, 15:28
Luis Suares "River Plet" klubunda 27.06.2022, 14:12
Hakim Ziyex “Milan”a keçir 27.06.2022, 13:08
“Neftçi”nin rəqibi “Aris”dən növbəti transfer 27.06.2022, 12:19
Mahir Emreli oynadı, "Dinamo" rəqibini darmadağın etdi 27.06.2022, 11:16
Gələnlər və gedənlər - Klublarımızın yay transferləri 27.06.2022, 10:14
Sadio Mane "Bavariya"da bu nömrə altında oynayacaq 27.06.2022, 09:21
"Qarabağ" - "Lex" oyununun biletləri satışa çıxarılır 27.06.2022, 08:19
Millimiz Avropa birincisi oldu 26.06.2022, 15:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
31-05-2022, 11:39
Firuz Abdulla:
Firuz Abdulla: "Şamaxı" klubuna aid olan vəsaiti AFFA köçürüb"
31-05-2022, 13:13
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Maaşlarımızı verməyiblər, borc içində üzürük"
10-06-2022, 20:31
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Vidadi Rzayevlə aramızda söz - söhbət olmayıb"
6-06-2022, 16:02
Ovusu Kvabena
Ovusu Kvabena "Qarabağ"a qayıtdı
6-06-2022, 14:02
De Byazi:
De Byazi: “Azərbaycanın gənc futbolçuları İtaliyada yaxşı işlər görə bilər"
10-06-2022, 23:01
De Byazi:
De Byazi: "Uduzmaqdan zəhləm gedir"
14-06-2022, 11:43
Gündüz Abbaszadə :
Gündüz Abbaszadə : " Kvabena üçün Türkiyə klubundan təklif aldığımız doğru deyil"
14-06-2022, 15:03
Qurban Qurbanov püşkü dəyərləndirdi
Qurban Qurbanov püşkü dəyərləndirdi
16-06-2022, 09:46
"Neftçi"yə gələcəyi deyilən Ertuğrul Sağlam "Traktor"dan ayrıldı
16-06-2022, 12:10
Daniel Alveş
Daniel Alveş "Barselona"dan getdi
16-06-2022, 09:15
“Qalatasaray”ın sabiq futbolçusu Bruma “Fənərbaxça”da
“Qalatasaray”ın sabiq futbolçusu Bruma “Fənərbaxça”da
16-06-2022, 13:14
Arsen Venger :
Arsen Venger : “Mbappe Kamerunda anadan olsaydı, indiki hücumçu olmazdı”
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb