



De Byazi: "Koronavirusa yoluxmaq mənim üçün ağır idi"
"Koronavirusa yoluxmaq mənim üçün ağır idi".
Futbolmedia.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Vikonos Radio/Tv"yə açıqlamasında deyib.
66 yaşlı italiyalı mütəxəssis peyvəndlərin ona çox köməklik etdiyini bildirib: "Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm".
Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
İtaliya millisinin hücumçusu "Yuventus"a keçə bilər - Transfer xəbərləri 26.11.2026, 17:02
Bugünkü oyunları yayımlayacaq kanallar 26.11.2026, 16:29
Rafinya formasını "Sabah"ın bu futbolçusuna verdi - 26.11.2026, 16:00
"Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlandı 26.11.2026, 15:06
Alisson Beker “Liverpul”un tarixinə düşdü - Xarici xəbərlər 26.11.2026, 14:00
“Çelsi” “Bornmut”un futbolçusu Aleks Skottu heyətinə qatmaq istəyir - Transfer xəbərləri 26.11.2026, 13:11
“Bayern”in yeni transfer hədəfi Erik Şupo-Motinq - Transfer xəbərləri 26.11.2026, 12:07
La Liqada noyabr ayının ən yaxşı futbolçusu mükafatına 5 namizəd - Xarici xəbərlər 26.11.2026, 11:01
Entoni Qordon: "Azərbaycan gözəl ölkədir və yenidən burada olduğuma çox şadam" 26.11.2026, 10:15
Azərbaycan Premyer Liqası




















