



“Qarabağ”da ciddi itkilər - Yarım ay oynamayacaq
“Qarabağ” ciddi itkilərlə üzləşib.
Futbolmedia.az xəbər verir ki, kapitan Maksim Medvedev və mərkəz müdafiəçisi Kevin Medina sıradan çıxıb. Hər iki futbolçu iki həftə meydana çıxa bilməyəcək.
Madvedevin Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə oyunda ayaq topuğunda burxulma olub. Həmin matça tam sağalmamış çıxan Medina isə zədəsini yeniləyib. Hər iki futbolçunun komanda ilə məşqə Antalya toplanışı zamanı qoşulacağı gözlənilir. Bu isə o deməkdir ki, futbolçular mövsümün ilk yarısının sonuncu – 14-cü turunda “Zirə” ilə keçiriləcək oyunu buraxacaqlar.
“Qarabağ” – “Zirə” matçı dekabrın 16-da keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Nottingem Forest"in müdafiəçisi "Beşiktaş"ın hədəfində - Transfer xəbərləri 24.11.2026, 16:07
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması 24.11.2026, 15:04
İlin ən yaxşı gənc oyunçusu oldu - Xarici xəbərlər 24.11.2026, 14:02
Legioner limiti ləğv oluna bilər 24.11.2026, 13:20
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
PSJ-də daha bir şok zədə - Bu dəfə Dezire Due sıradan çıxdı 24.11.2026, 11:31
Laporta: "Laminin 19 yaşı var, lakin o, hətta ..." 24.11.2026, 11:00
"Şəmkir" - "Ağdaş" 2:0 - VİDEO 24.11.2026, 10:14
Azərbaycan Premyer Liqası





















