



Rəşad Eyyubov: “Hücum futbolu ilə qələbə qazanmağımız sevindirici haldır”
"Bizim üçün vacib olan iki oyun keçirdik. Əsas məqsədimiz oyun fəlsəfəmizlə futbolçularımızın potensialı arasında düzgün balansı tapmaq idi".
Futbolmedia.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Azərbayvanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov Omanın U-23 millisi ilə keçirilən 2-ci yoxlama matçından sonra deyib.
4:2 hesablı qələbəni şərh edən çalışdırıcı qeyd edib: "Bu oyunlarda nəticədən daha çox meydanda göstərdiyimiz futbol bizim üçün önəmli idi. Bununla belə, hər iki görüşdə hücum futbolu nümayiş etdirərək qələbə qazanmağımız sevindirici haldır.
İndi isə işimizi davam etdirəcək, futbolçularımızın klublarındakı çıxışlarını və inkişafını yaxından izləyəcəyik".
Qeyd edək ki, Omanın U-23 komandasına qarşı keçirilən ilk yoxlama matçında millimiz 2:1 hesablı qələbə qazanmışdı.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























