FutbolMedia.Az
  • 11:04 Cümə
    16 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Qarabağ"dan zədəlilərlə bağlı son durum

"Qarabağ" zədəli futbolçuları Pedro Bikalyo, Elvin Cəfərquliyev, Zakaria Savo və Renaldo Sefasın durumu haqda məlumat yayıb.

Futbolmedia.az klubun saytına istinadən xəbər verir ki, Pedro Bikalyonun zədəsi tam sağalıb. Yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

Renaldo Sefasın müalicəsi davam edir. Oyunçunun bərpa prosesində müsbət dinamika müşahidə olunur və onun "Tvente" ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer almaq ehtimalı var. Sefasın qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar isə futbolçunun son vəziyyəti nəzərə alınmaqla veriləcək.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.

İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.

İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.

Zakaria Savonun bərpa prosesi isə davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.

25-08-2026, 14:21
22869
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-08-2026, 21:18
"Qarabağ"da Zakaria Savo şoku - 2 ay oynamayacaq
3-05-2026, 15:28
Elvin Cəfərquliyev Rusiya klubuna keçir?
Elvin Cəfərquliyev Rusiya klubuna keçir?
21-04-2026, 16:13
"Qarabağ" Elvin Cəfərquliyevi transferə çıxardı
3-03-2026, 09:16
Kilian Mbappenin zədəsiylə bağlı son durumu məlum oldu -
Kilian Mbappenin zədəsiylə bağlı son durumu məlum oldu - Xarici xəbərlər
30-11-2025, 14:31
Ayağı qırılan Kadi belə məşq edir -
Ayağı qırılan Kadi belə məşq edir - VİDEO
18-11-2025, 14:31
"Qarabağ"da şok itki - Bir neçə ay oynamayacaq
8-02-2024, 17:13
"Neftçi"nin futbolçusu zədəsini sağaltdı
5-08-2023, 08:23
UEFA-dan klublarımızın oyunları ilə bağlı yekun qərar
UEFA-dan klublarımızın oyunları ilə bağlı yekun qərar
27-07-2023, 09:29
"Qarabağ"da Elvin Cəfərquliyev şoku
20-09-2022, 12:07
“Qəbələ”nin zədəli futbolçularının son durumu
“Qəbələ”nin zədəli futbolçularının son durumu
17-07-2021, 15:57
“Qarabağ”  Elvin Cəfərquliyevin durumu ilə bağlı məlumat yaydı
“Qarabağ” Elvin Cəfərquliyevin durumu ilə bağlı məlumat yaydı
14-07-2021, 12:10
"Qarabağ"ın zədəli futbolçusu əməliyyat olundu - FOTO
  Xəbər Lenti
"Beşiktaş", "Milan" və "Yuventus"dan qələbə - Avropa Liqası 16.10.2026, 11:03
“Qarabağ” – “Neftçi” oyunu üçün azarkeş marağı yüksəkdir - Bilet almağa tələsin 16.10.2026, 10:46
"Şamaxı" "Şəfa"ya, "Sumqqayıt" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR 16.10.2026, 10:26
Zamiq Əliyevi Konfrans Liqası matçında ehtiyatda qaldı 16.10.2026, 10:11
"Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran “Benfika”ya yenə qol vurdu 16.10.2026, 09:09
Millimizin üzvü Vüsal İsgəndərlinin komandası xal itirdi 16.10.2026, 08:07
"Slaviya"nın futbolçusu: "Sabah" qol imkanlarından istifadə etdi, bizdə isə alınmadı" 15.10.2026, 17:11
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır" 15.10.2026, 15:50
Konfrans Liqasında Liqa mərhələsi başlayır - YENİLƏNİR 15.10.2026, 14:37
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb