FutbolMedia.Az
  • 18:28 Çərşənbə
    14 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
AFFA-nın liqalarında “Eyeball” platformasının istifadəsinə başlanıldı

AFFA-nın liqalarında “Eyeball” platformasının istifadəsinə başlanıldı

AFFA tərəfindən futbolun inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Eyeball” analitik platformasının istifadəsinə başlanılıb.

Futbolmedia.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Bildirilib ki, layihə həm kişi, həm də qadın futbolunu əhatə edir və artıq U-15, U-16, U-17, U-19 və Əvəzedicilər Liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları bu sistemə daxil edilib. Bu addım yerli futbolda analitika və rəqəmsal yanaşmanın tətbiqini genişləndirməyə xidmət edir.

“Eyeball” platformasının Azərbaycan dili üzrə istifadəsinin də tam təmin olunması planlaşdırılır. Bu yenilik yerli istifadəçilər üçün platformadan daha rahat və effektiv istifadə imkanları yaradacaq, eyni zamanda analitik məlumatların daha anlaşılan formada təqdim edilməsinə töhfə verəcək.

“Eyeball” layihəsinin ilkin mərhələsində platformanın Bakı və Abşeron ərazisində fəaliyyət göstərən klublar arasında tətbiqi nəzərdə tutulub. Növbəti mərhələdə isə region klublarının da sistemə qoşulması planlaşdırılır. Eyni zamanda, növbəti mövsümdən etibarən bütün klubların öz ev oyunlarını çəkərək platformaya yükləməsi nəzərdə tutulur.

Yüklənmiş oyunlar platforma tərəfindən avtomatik emal olunur və qısa müddət ərzində geniş statistik göstəricilər və analitik məlumatlar formalaşdırılır. İstifadəçilər oyunların tam video görüntüsünü izləməklə yanaşı, konkret epizodları seçə, hadisələr üzrə filtr tətbiq edə və oyun daxilində baş verən bütün əsas məqamları ayrıca analiz edə bilirlər.

Bundan əlavə, hər həftə bütün yaş qrupları üzrə “Həftənin rəmzi komandası” hazırlanacaq və platforma üzərindən təqdim olunacaq. Bu isə futbolçuların fərdi performanslarının daha yaxından izlənilməsinə və fərqlənən oyunçuların ön plana çıxmasına əlavə imkan yaradacaq.

Eyni zamanda, “Eyeball” platforması üzərindən futbolçuların performans göstəriciləri və oyun görüntüləri xarici klub skautları tərəfindən də izlənilə bilər. Bu isə yerli futbolçuların beynəlxalq səviyyədə daha geniş tanınmasına və onların xarici klublarda çıxış etməsi üçün əlavə imkanların yaranmasına şərait yaradır.

Beləliklə, platforma yalnız analiz aləti deyil, həmçinin futbolçuların karyera inkişafına dəstək verən mühüm vasitə rolunu oynayır.

6-05-2026, 14:37
8312
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-04-2026, 09:51
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanıldı -
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO
17-04-2026, 15:23
AFFA Premyer Liqa klubları üçün seminar
AFFA Premyer Liqa klubları üçün seminar
3-04-2026, 13:09
AFFA-da klublar üçün seminar keçirildi
AFFA-da klublar üçün seminar keçirildi
4-02-2026, 08:11
AFFA “Sabah”, “Qarabağ” və “Neftçi”nin akademiyasına baxış keçirib
AFFA “Sabah”, “Qarabağ” və “Neftçi”nin akademiyasına baxış keçirib
30-01-2026, 17:05
UEFA Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş
UEFA Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş
23-01-2026, 16:12
AFFA-dan uşaq futbolu ilə bağlı yenilik
AFFA-dan uşaq futbolu ilə bağlı yenilik
26-12-2025, 15:09
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
1-12-2025, 17:30
AFFA nümayəndələri beynəlxalq konfransda iştirak etdilər
AFFA nümayəndələri beynəlxalq konfransda iştirak etdilər
15-11-2025, 18:11
AFFA nümayəndəsi UEFA-nın seminarında iştirak etdi
AFFA nümayəndəsi UEFA-nın seminarında iştirak etdi
25-06-2025, 15:15
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi -
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi - FOTO
29-08-2023, 13:20
AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
13-04-2023, 15:09
AFFA İcraiyyə Komitəsinin iclası keçirildi -
AFFA İcraiyyə Komitəsinin iclası keçirildi - De Byaziyə irad tutuldu
  Xəbər Lenti
Fikayo Tomorin "Milan"a rədd cavabı verdi - Xarici xəbərlər 14.10.2026, 18:09
“Fulhem”in baş məşqçisi bu mütəxəssiz olacaq - Xarici xəbərlər 14.10.2026, 17:07
"Şəfa"nın futbolçularına danışılmış oyunlarla bağlı sessiya keçirildi 14.10.2026, 16:14
Coy-Lens Mikkels: "Digər oyunçularımız buna məndən daha çox layiq idilər" 14.10.2026, 15:23
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı 14.10.2026, 15:01
PSJ "Mançester Siti"yə, "Fənərbaxça" "Aston Villa"ya qarşı - Çempionlar Liqası 14.10.2026, 14:06
"Qalatasaray" (Türkiyə) – "Barselona" (İspaniya) 1:4 - VİDEO 14.10.2026, 13:20
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu 14.10.2026, 12:15
Pol Poqba ABŞ klubuna keçir - Transfer xəbərləri 14.10.2026, 11:32
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb