



"Rostov"un baş məşqçisi Yuri Syomin istefa verdi
Rusiyanın "Rostov" komandasının baş məşqçisi Yuri Syomin istefa verib.
Futbolmedia.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qərar klub rəhbərliyi ilə görüşdə qəbul olunub.
74 yaşlı mütəxəssislə əməkdaşlığa uğursuz nəticələrə görə son qoyulub.
Qeyd edək ki, "Rostov" cari mövsümdə ölkə çempionatında keçirdiyi 8 oyunun yalnız 1-də qələbə qazana bilib. 4 qarşılaşmada uduzub, 3 dəfə heç-heçə edən komanda hazırda 6 xalla 16 klub arasında 15-cidir. Syomin bu ilin avqustunda "Rostov"un sükanı arxasına keçmişdi.
Təcrübəli mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ" klubuna da başçılıq edib.
Xəbər Lenti
Millimizin üzvü Murad Məmmədov Konfrans Liqasına sifariş edildi 24.11.2026, 18:10
İtaliyalı hücumçu "Sabah"la oyundan əvvəl "Napoli"ni tərk edə bilər 24.11.2026, 17:00
"Nottingem Forest"in müdafiəçisi "Beşiktaş"ın hədəfində - Transfer xəbərləri 24.11.2026, 16:07
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması 24.11.2026, 15:04
İlin ən yaxşı gənc oyunçusu oldu - Xarici xəbərlər 24.11.2026, 14:02
Legioner limiti ləğv oluna bilər 24.11.2026, 13:20
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
PSJ-də daha bir şok zədə - Bu dəfə Dezire Due sıradan çıxdı 24.11.2026, 11:31
Azərbaycan Premyer Liqası















