



“Neftçi” - “Səbail”ə qarşı - YENİLƏNİR
Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.
Futbolmedia.az xəbər verir ki, bu gün turun daha 2 matçı keçiriləcək.
Günün ikinci oyununda “Neftçi” öz meydanında “Səbail”i qəbul edəcək.
Bu, Samir Abasovun “Neftçi”nin baş məşqçi postuna qayıdışından sonra ilk matçı olacaq. Birinci dövrədə qələbəyə həsrət qalan “ağ-qaralar” Abasovun rəhbərliyi altında uğursuz seriyaya son qoymağa çalışacaq. “Neftçi” 3 xal qazana bilsə, turnir cədvəlində iki pillə irəliləyəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk dövrədə keçirilən qarşılaşmada qalib aşkarlanmayıb - 1:1.
Misli Premyer Liqası
10-cu tur
19 oktyabr (şənbə)
18:00. “Neftçi” - “Səbail”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
VAR: Əliyar Ağayev
“Neftçi Arena”
15:30. “Şamaxı” - “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
Şamaxı şəhər stadionu
20 oktyabr (bazar)
17:30. “Zirə” - “Sabah”
20:00. “Sumqayıt”- “Turan Tovuz”
18 oktyabr (cümə)
“Kəpəz” - “Qarabağ” - 0:5
Azərbaycan Premyer Liqası























