



Messi sıradan çıxdı - Xarici xəbərlər
Argentina millisinin baş məşqçisi Lionel Skaloninin köməkçisi olan Valter Samuel zədəli futbolçusu Lionel Messinin durumu barədə danışıb.
Futbolmedia.az ESPN-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Amerika Kubokunun 2-ci turunun Çili ilə oyununda sıradan çıxmışdı. Onun əzələsi dartılıb.
Valter Samuel isə 3-cü turun Peru ilə görüşündən sonra Messinin hazırkı durumu haqda bunları deyib:
“O, paltardəyişmə otağında idi. Biz onun artıq daha yaxşı olduğunu gördük. Durumu yaxşılaşır, lakin 1/4 final oyununa hələ bir neçə gün var. Ona görə də hazırda bu vəziyyət haqqında danışmaq tezdir. Biz hər gün Messinin vəziyyətini müzakirə edəcəyik, həkimlərlə danışacağıq”.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
“Barselona” Bakı Olimpiya Stadionunda - VİDEO 25.11.2026, 08:10
Millimizin üzvü Murad Məmmədov Konfrans Liqasına sifariş edildi 24.11.2026, 18:10
İtaliyalı hücumçu "Sabah"la oyundan əvvəl "Napoli"ni tərk edə bilər 24.11.2026, 17:00
"Nottingem Forest"in müdafiəçisi "Beşiktaş"ın hədəfində - Transfer xəbərləri 24.11.2026, 16:07
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması 24.11.2026, 15:04
İlin ən yaxşı gənc oyunçusu oldu - Xarici xəbərlər 24.11.2026, 14:02
Legioner limiti ləğv oluna bilər 24.11.2026, 13:20
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
Azərbaycan Premyer Liqası























