



“Braqa”nın prezidenti futbolçuları tənqod edib
“Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətə görə komandasını tənqid edib.
Futbolmedia.az “ojogo.pt” saytına istinadən məlumatına görə, futbol funksioneri Braqadakı oyunun ardından komandanın paltardəyişmə otağına yollanıb.
O, orada yüksək səslə futbolçuları tənqid edib, onlara sərt mesajlar verib. Komandanın sərgilədiyi oyundan narazılığını dilə gətirən prezident Portuqaliya çempionatının növbəti matçında və “Qarabağ”la cavab görüşündə qarşılarına qələbə tələbi qoyub.
“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Mançester Yunayted" Bruno Fernandeşlə yeni müqavilə imzalayacaq - Transfer xəbərləri 28.11.2026, 12:01
Mahir Emreli qol vursa da,komandası məğlubiyyətdən xilas ola bilmədi 28.11.2026, 11:02
“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR 28.11.2026, 10:15
“Səbail” - “Şimal” 5:2 - VİDEO 28.11.2026, 09:13
Millimizin üzvü Cəlal oynadı, komandası uduzdu 28.11.2026, 08:12
"Neftçi" - "Zirə" 1:0 - VİDEO 27.11.2026, 22:20
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi 27.11.2026, 22:00
Rəşad Sadıqov: “Verniduba dedim ki, artıq sözlər çox danışırsınız” 27.11.2026, 21:35
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq 27.11.2026, 17:02
Azərbaycan Premyer Liqası























