



"Araz-Naxçıvan qış fasiləsində ilk transferini etdi
“Araz-Naxçıvan” futzal klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbolmedia.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, ölkə çempionu braziliyalı Andre Korrea dos Santos Juniorla anlaşıb.
Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış etmiş hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, bu, "Araz-Naxçıvan"ın 2024-cü ildə ilk transferidir. Ötən ilin dekabr ayında Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev komandanı tərk ediblər.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
"Liverpul" – "Mançester Yunayted" 4:0 - VİDEO 23.11.2026, 11:33
Toral Bayramov yenə ehtiyyatda qaldı, "Bursaspor" qalib gəldi 23.11.2026, 11:01
Dieqo Simeone La Liqada tarixi rekorda imza atdı - 23.11.2026, 10:10
Musiala məşqdə yenə huşunu itirdi - Xarici xəbərlər 23.11.2026, 09:18
Millimizin üzvü Renat Dadaşovun komandasından qələbə 23.11.2026, 08:27
“Kəpəz” - “Qarabağ” matçından - VİDEO 22.11.2026, 21:26
Azərbaycan Premyer Liqası






















