



Luis Suares ABŞ klubuna keçir - Transfer xəbərləri
"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino Luis Suareslə mraqlandıqlarını təsdiqləyib.
Futbolmedia.az ESPN-ə istinadən xəbər verir ki, o, uruqvaylı hücumçunu gələn mövsüm komandasında görmək istədiyini bildirib:
“Növbəti mövsümün planları haqqında danışanda Suares variantını nəzərdən keçiririk. Məqamı gələndə biz müvafiq istiqamətdə hərəkət etməyə hazırıq".
Suaresin dekabrda - Braziliyada mövsüm başa çatanda "Qremio"dan ayrılacağı haqda xəbərlər yayaılıb.
Qeyd edək ki, bu mövsüm 27 matçda 9 qol vuran 36 yaşlı forvard komandasının bombardiridir.
Əlavə edək ki, Suares "İnter Mayami"yə keçsə, 2014-2020-ci illərdə "Barselona"da birlikdə oynadığı Lionel Messi, Serxio Busguets və Jordi Alba ilə yenidən komanda yoldaşı olacaq.
Azərbaycan Premyer Liqası






















