



Messi Suaresi qabaqlayıb dünyada birinci oldu
Argentina millisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb.
Futbolmedia.az xəbər verir ki, 36 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Peruya qarşı matçda dubl etməklə nail olub. Nəticədə o, dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayını 31-ə çatdırıb. Bununla da forvard DÇ-nin seçmə mərhələlərində ən çox qol vuran futbolçu olub.
2-ci yerdə Uruqvay millisinin üzvü Luis Suaresdir - 29 qol.
Qeyd edək ki, Messi Argentina millisində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində futbolçu 178 oyun keçirib, 106 qol vurub və 56 qolun ötürməsini verib. Argentina yığması ilə Messi Amerika Kubokunu (2020/2021) və Dünya Kubokunu (2022) qazanıb.
4-cü turdan sonra Argentina sıralamada 12 xalla liderdir. Uruqvay isə 2-ci yerdədir (7 xal). Komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu Uruqvaya qarşı keçirəcək.
Azərbaycan Premyer Liqası




















