Zlatan İbrahimoviç: “Yekədiş Ronaldo dünyanın ən yaxşısıdır“
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç komandanın sabiq oyunçusu Ronaldo Nazario barədə danışıb.

Futbolmedia.az "Discovery+"a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu 44 yaşlı keçmiş forvardın dünyanın ən yaxşı futbolçusu olduğunu deyib:

"Ronaldo haqqında əlavə izah vermək lazım deyil. O, mükəmməl bir oyunçu idi. Mən həmişə demişəm ki, futbol oynayan da var, futboçun özü olan da. Ronaldo futbolun özü idi. Hamı onun kimi oynamaq istəyirdi. İlan kimi hərəkətləri, driblinqi, addımları ilə futbolu tamamilə dəyişirdi. Mənə görə o, futbol tarixinin ən yaxşı oyunçusudur".

Qeyd edək ki, Ronaldo karyerası ərzində "İnter", "Barselona", "Real" kimi komandalarda da çıxış edib. O, 1994-2011-ci illərdə Braziliya millisində oynayıb.

Xəbər 815 dəfə oxundu.