“Xəzər Lənkəran“ın stadionunu sel basdı (FOTOLAR)

Ötən gecədən başlayaraq, yağmağa başlayan aramsız yağışlar Lənkərançayda suyun səviyyəsinin qalxmasına səbəb olub.

Futbolmedia.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, çayın daşması nəticəsində yaxınlıqdakı "Xəzər Lənkəran"nın stadionu su altında qalıb.

Sular stadionun qapılarından meydançaya daxil olub. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlamasında faktiki mühasirədə qaldıqlarını bildirib:

"Artıq suyun səviyyəsi 35 sm qalxıb. Sel stadionumuzun inzibati binası qarşısına çatıb və əsas meydançamıza doğru hərəkət edir".

Xəbər 127 dəfə oxundu.