PSJ-yə Kilian Mbappe kömək edə biləcəkmi?
Tarix: 04.05.2021 | Saat: 16:07:00 | Oxunub: 979 | E-mail | Çapa göndər
PSJ-nin baş məşqçisi Maurisio Poçettino zədəli futbolçusu Kilian Mbappenin bu gün Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə oyunda iştirak edib-etməyəcəyi ilə bağlı sualları cavablandırıb.

Futbolmedia.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Fransa mətbuatına açıqlamasında hələlik 22 yaşlı hücumçunun əsas heyətə daxil olub-olmayacağı haqda qərar verilmədiyini deyib:

"Bu gün Mbappenin vəziyyətini qiymətləndirəcəyik. Fərdi şəkildə məşq edir. Axşam onun nə hiss etdiyini və oynamağa hazır olub-olmadığını görəcəyik. Bundna sonra qərar verəcəyik. Böyük bir heyətimiz var, bütün oyunçular üzərimizə düşəni yerinə yetirə bilər. Kilian oynaya bilməsə belə, komandamızın qələbə qazanmaq üçün çalışması üçün hər şey var".

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Komandalar arasında ilk görüş "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
11.05.2021
Burak Yılmaz Fransa çempionatında ən yaxşı seçilə bilər
11.05.2021
Rusiya millisi Avro-2020 üçün heyətini açıqladı
11.05.2021
“Spartak“ Azərbaycanlı futbolçu ilə yollarını ayırdı
11.05.2021
Şenol Günəş: “İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdür“
11.05.2021
Andres İnyesta Yaponiya klubu ilə müqaviləni uzatdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info