Mahir Emreli “Legiya“ ilə anlaşdı
Tarix: 04.05.2021 | Saat: 09:21:00 | Oxunub: 1223 | E-mail | Çapa göndər

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli Polşanın "Legiya" (Varşava) klubu ilə razılıq əldə edib.

Futbolmedia.az "Meczyki" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu yaxın günlərdə Varşava təmsilçisi ilə müqavilə imzalayacaq.

Nəşr danışıqların başa çatdığını və hər hansı daha sərfəli təklif olmasa, sözləşmənin tezliklə imzalanacağını bildirib. Emrelinin yeni klubunda qazanacağı məbləğ də açıqlanıb. Müqavilə bağlanacağı təqdirdə o, "Legiya"da illik 300 min avro maaş alacaq. Ölkə çempionu azərbaycanlı forvarda 3 illik müqavilə təklif edib.

Forvardın Rusiyanın "Ural" (Yekaterinburq) və Almaniyanın "Union" (Berlin) klublarından aldığı təkliflərin maddi cəhətdən daha yaxşı olduğu vurğulanıb. Lakin oyunçu Qərbi Avropaya yaxın klubda oynamaq və 1-2 iki il ərzində daha yaxşı komandaya keçmək niyyətindədir.

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. 24 yaşlı hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır. Emreli ilə Polşanın daha bir neçə klubu maraqlanır.




 
Bölməyə aid digər xəbərlər
10.05.2021
“Dinamo” sona üç tur qalmış Xorvatiya çempionu oldu
10.05.2021
Çempionlar Liqasının loqotipi dəyişir - FOTO
09.05.2021
“Qarabağ“ “Sabah“a qarşı - Yenilənir
08.05.2021
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
08.05.2021
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info