“Mançester Siti“ - PSJ-yə qarşı - Çempionlar Liqası
Tarix: 04.05.2021 | Saat: 12:34:00 | Oxunub: 995 | E-mail | Çapa göndər
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Futbolmedia.az-ın məlumatına görə, turnirin ilk finalçısı İngiltərədə bəlli olacaq. "Mançester Siti" Fransada 2:1 hesabı ilə məğlub etdiyi PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək.

Niderland Futbol İttifaqından Byörn Kuypersin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Şəhərlilər"i mərhələ adlamaq üçün istənilən heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.

Cavab görüşü öncəsi meydan sahiblərində Juan Kanselu, qonaqlarda isə Kilian Mbappeilə Kolin Daqbanın meydana çıxması sual altındadır. Həmçinin ilk matçda qırmızı vərəqə görən Paris təmsilçisinin yarımmüdafiəçisi İdrissa Geye oyunu buraxacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 2:1




 
Bölməyə aid digər xəbərlər
11.05.2021
Burak Yılmaz Fransa çempionatında ən yaxşı seçilə bilər
11.05.2021
Rusiya millisi Avro-2020 üçün heyətini açıqladı
11.05.2021
“Spartak“ Azərbaycanlı futbolçu ilə yollarını ayırdı
11.05.2021
Şenol Günəş: “İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdür“
11.05.2021
Andres İnyesta Yaponiya klubu ilə müqaviləni uzatdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info