Kriştianu Ronaldo “Yuventus“u tərk etməyəcək - Fikrindən daşındı
Tarix: 04.05.2021 | Saat: 11:00:00 | Oxunub: 1149 | E-mail | Çapa göndər

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu yay transfer pəncərəsində Turir klubunu tərk etməyəcək.

Futbolmedia.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu müqaviləsinin sonuna - 2022-ci ilin yayınadək hazırkı komandasında qalmaq qərarına gəlib.

İddiaya görə, 36 yaşlı forvard bundan sonra ölkəsinin "Sportinq" klubuna qayıtmağı və karyerasını orada başa vurmağı planlaşdırır.

Daha əvvəl təcrübəli oyunçunun İngiltərə "Mançeter Yunayted"inə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Kriştianu Ronaldu yetirməsi olduğu "Sportinq"də 2002-2003-cü illərdə çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
11.05.2021
Burak Yılmaz Fransa çempionatında ən yaxşı seçilə bilər
11.05.2021
Rusiya millisi Avro-2020 üçün heyətini açıqladı
11.05.2021
“Spartak“ Azərbaycanlı futbolçu ilə yollarını ayırdı
11.05.2021
Şenol Günəş: “İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdür“
11.05.2021
Andres İnyesta Yaponiya klubu ilə müqaviləni uzatdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info