Sənan Qurbanov: “Biz də onun yerinə məyus oluruq“
Tarix: 03.05.2021 | Saat: 20:25:00 | Oxunub: 1038 | E-mail | Çapa göndər

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Futbolmedia.az xəbər verir ki, o, sıx qrafikdə oynadıqlarını bildirib.

- Oyunçu dəyişmək şansımız da azdır. Bu da özünü meydanda göstərdi. 120 dəqiqəlik kubok matçından sonra bərpa olunmağa çalışdıq. Vaxt az idi. Rəqibin də usta fubolçuları öz sözünü dedi. Oyunçular meydanda əziyyət çəkdi. Belə hesabla uduzmağımız bizi məyus edir. Oyunu təhlil edəcəyik. Qol fürsətlərimiz oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib imkanlardan yararlandı, biz isə yox.

- İlk hissədən sonra əvəzlənən Silvio Rodrigez hara getdi?

- Futbolçular sıx qrafikdə oynayır. Bizim bərpa üçün buz vannamız var. Əvəzlənən oyunçu ora getdi. Bu, bizim tapşırığımız idi.

- Matçın sonuncda çox əsəbi idiniz."Otur yerində, ortadan oyunçu çıxarım?” bu sözü köməkçi məşqçiyə dediniz?

- Futbolda belə şeylər olur. Köməkçilərim mənim üçün dəyərlidirlər. Kimə dediyim yadımda deyil. Hirsli vaxtımızda da bir-birimizin yanındayıq.

- Anatole Abanq bir hücumçu kimi etimadınızı doğrulda bilirmi?

- Hücumçu kimi son nöqtəni qoya bilmir. Biz də onun yerinə məyus oluruq. Hücumçu gərək qol vursun. Bu, pozitivlik üçün vacibdir. Təəssüf ki, bu gün də fərqlənə bilmədi.

- Oyunun yorğunluğu "Zirə" ilə 120 dəqiqəlik keçən kubok matçı idi?

- Əlbəttə. Həmin oyun 90 yox, 120 dəqiqə oldu, üstəlik sıx qrafik. Oyunun gərginliyi hələ tam sovuşmayıb.

- Sadio Tounkara sanki meydana çıxandan dərhal sonra yoruldu...

- Sözün düzü, onun meydana çıxması planda yox idi. Sadəcə, oyun istədiyimiz kimi getmədiyi üçün belə addım atdıq. Onu məcburən meydana buraxdıq.

- Yarımmüdafiə xəttiniz passiv görünürdü.

- “Neftçi”ni təhlil etmişdik. Orta xətt oyunçularımıza çox yük düşməli idi. Təəssüf ki, istəmədiyimiz boşluqlar buraxdıq. Buna əsəbləşmişdik. Bəzən hər şey planlaşdırdığın kimi olmur. Bu səhvlərin mənfi təsir etməməsinə çalışacağıq. Pozitivliyimizi qoruyuruq.




 
Bölməyə aid digər xəbərlər
09.05.2021
Qurban Qurbanov: “Niyə düşünürlər ki, “Qarabağ“ zəifləyib?“
08.05.2021
Sənan Qurbanov: “Oyuna nəzarət tam olaraq bizdə idi“
07.05.2021
Canni De Byazi: “Azərbaycanlı futbolçular azdır və“
04.05.2021
Ayxan Abbasov: “Büdcəmiz budur, bundan artığını edə bilmərik“
29.04.2021
Ayxan Abbasov: “Biz bunu haqq edirik“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info