“Ayaks“ın fanatlarının qarşısını polis ala bilmədi
Tarix: 03.05.2021 | Saat: 15:16:00 | Oxunub: 956 | E-mail | Çapa göndər
"Ayaks"ın fanatları ötən gün komandanın Erdiviziya çempionluğunu qeyd ediblər.

Futbolmedia.az xəbər verir ki, onlara nə koronavirus pandemiyasına görə qoyulan qadağalar, nə də polis mane ola bilib.

"Ayaks" son turda "Emmen"i 4:0 hesabı ilə məğlub edərək mövsümün başa çatmasına 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komandanın minlərlə azarkeşi isə bundan sonra "Yohan Koyff" stadionuna daxil olmaq istəyib. Lakin polis buna icazə verməyib. Buna baxmayaraq, azarkeşlər arenanın ətrafına toplaşaraq coşqu yaradıblar. Onların bir hissəsi stadionun divarlarına dırmanıb və içəridə baş verənləri izləməyə çalışıb.

Həmin anların fotolarını təqdim edirik.




 
Bölməyə aid digər xəbərlər
11.05.2021
Burak Yılmaz Fransa çempionatında ən yaxşı seçilə bilər
11.05.2021
Rusiya millisi Avro-2020 üçün heyətini açıqladı
11.05.2021
“Spartak“ Azərbaycanlı futbolçu ilə yollarını ayırdı
11.05.2021
Şenol Günəş: “İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdür“
11.05.2021
Andres İnyesta Yaponiya klubu ilə müqaviləni uzatdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info