“Neftçi“ “Keşlə“yə, “Qəbələ“ “Səbail“ə qarşı - YENİLƏNİR
Tarix: 03.05.2021 | Saat: 09:01:00 | Oxunub: 805 | E-mail | Çapa göndər
Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək. Futbolmedia.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Çempionluğa iddialı komandalardan "Neftçi" "Keşlə"nin qonağı olacaq. Hazırda 47 xalı olan flaqman lider "Qarabağ"dan üç xal geridədir. Meydan sahibləri isə 23 xalla 6-cı sırada qərarlaşıb.

Komandalar indiyədək çempionatda 65 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Keşlə", 35-də isə "ağ-qaralar" qələbə qazanıb. Topların nisbətində də "Neftçi"nin aşkar üstünlüyü var - 100:65. Meydan sahibləri Premyer Liqadakı son 4 matçda rəqibinə uduzub. “Neftçi” həm də ardıcıl 9 səfər matçında meydandan qolsuz ayrılmayıb.

Günün ikinci oyununda autsayder "Səbail" "Qəbələ"ni qəbul edəcək. "Qırmızı-qaralar" 24 xalla 5-ci, "dənizçilər" isə 21 xalla sonuncu-8-cidir.

Bu, komandaların Premyer Liqadakı 15-ci matçı olacaq. Əvvəlki 14 oyunun 3-də paytaxt klubu, 6-da əyalət təmsilçisi meydanı 3 xalla tərk edib. Topların fərqində "Qəbələ" üstündür - 24:15. Qonaqlar son 8 matçda meydanı qolsuz tərk etməyib. “Səbail”in meydanındakı son 4 oyunda hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası, XXV tur

3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”

20:15. “Səbail” –“Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

Qeyd edək ki, turun "Sumqayıt" - "Sabah" və "Qarabağ" - "Zirə" oyunları mayın 4-də keçiriləcək.





 
Bölməyə aid digər xəbərlər
10.05.2021
“Dinamo” sona üç tur qalmış Xorvatiya çempionu oldu
10.05.2021
Çempionlar Liqasının loqotipi dəyişir - FOTO
09.05.2021
“Qarabağ“ “Sabah“a qarşı - Yenilənir
08.05.2021
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
08.05.2021
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info