Çempionlar Turu: Karlsen qalib gəldi, Məmmədyarovdan bərabərlik - YENİLƏNDİ
Tarix: 02.05.2021 | Saat: 09:00:00 | Oxunub: 944 | E-mail | Çapa göndər
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici raundun ilk görüşlərinə start verilib.

Futbolmedia.az
-ın məlumatına görə, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.

Qalib mayın 2-də keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gəlib. 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.

Çempionlar Turu: "New In Chess"

Final

21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 3:1 (0,5:0,5; 0,5:0,5; 1:0; 1:0)

3-cü yer uğrunda görüş

21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2:2 (0:1; 1:0; 0:1; 1:0)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.




 
Bölməyə aid digər xəbərlər
10.05.2021
“Dinamo” sona üç tur qalmış Xorvatiya çempionu oldu
10.05.2021
Çempionlar Liqasının loqotipi dəyişir - FOTO
09.05.2021
“Qarabağ“ “Sabah“a qarşı - Yenilənir
08.05.2021
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
08.05.2021
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info