Qurban Qurbanovun qələbə şərhi
Tarix: 25.04.2021 | Saat: 20:07:00 | Oxunub: 1218 | E-mail | Çapa göndər
"Məsafəni nəzərə alsaq, son səfər oyunumuz idi, vacib qələbə qazandılar. "Qəbələ" haqda ancaq xoş sözlər deyə bilərəm. Düzdür, hesab böyük oldu, amma "Qəbələ" ən xoş sözlərə layiqdir. Bütün təzyiqlərə qarşı çəkinmədən mübarizə aparır. "Qəbələ"nin yaxşı hücum xətti var. Bu gün rəqib hücumlarda təhlükəli idi, amma qarşısını alırdıq. Bizim də bir neçə qol epizodumuz oldu, istifadə edə bilmədik. İkinci hissədə demək olar əlimizə düşən fürsətlərdən istifadə etdik. Futbolçularımı təbrik edirəm".

Futbolmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Qəbələ" üzərində 5:0 hesablı qələbə qazanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, zədəli futbolçuların durumundan da danışıb: "Qarşıdakı günlərdə daha dəqiq biləcəyik. Böyük ehtimal Patrik Andradenin sabahdan məşqlərə başlaması gözlənilir. Bu günə qədər fərqli qaydada məşq edirdi. Bədavi "Sumqayıt"la oyundan sonra arxa əzələsində ağrı hiss etmişdi. Bir o qədər ciddi problem yox idi. Amma ehtiyatı əldən vermədik. Bu günə qədər fərqi qaydada məşq edirdi. Həkimlərin müayinəsindən sonra qərar verəcəyik".

Qurbanov qol vuran futbolçular haqda da danışıb: "Qol vuran futbolçuların meydanda olmağa üstünlükdür. İlk hissədə qol epizodlarımız oldu. Ümumiyyətlə, ilk hissələrdə rəqib daha diqqətli olur. Oyunda vurulan bir qol görürsən ki, çox şeyi dəyişir. Eyni zamanda 2-3 oyuna çıxmayan futbolçu meydana çıxanda ancaq qol vurmağı düşünür. Bu da əlavə üstünlükdür"




 
Bölməyə aid digər xəbərlər
11.05.2021
Təmkin Xəlilzadə: “Mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram“
10.05.2021
“Səbail“in 50-ci məğlubiyyəti
10.05.2021
Mahir Emreli “Qarabağ”ın heyətində 70-ci qolunu vurdu
09.05.2021
“Qarabağ” səfərə üç xal üçün yollanır - YENİLƏNİR
09.05.2021
Aftandil Hacıyev: “Bizdə əhval-ruhiyyə o səviyyədə deyil“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info