Ukrayna klubu Pavel Paşayevlə yollarını ayırdı
Tarix: 22.04.2021 | Saat: 18:10:00 | Oxunub: 883 | E-mail | Çapa göndər

Millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya"da mövsümün sonuna böyük dəyişikliklər ola bilər.

Futbolmedia.az Ukrayna mətbuatına istinadən xəbrə verir ki, komandanın avrokuboklara düşə bilməməsi səbəbindən bir çox liderlərlə yeni müqavilələr imzalanmayacaq və 30 iyundan sonra onlar sərbəst agent statusu alacaqlar.

Xəbərdə Yuri Pankiv, Pavel Paşayev, Dmitri Qreşişkin, Artem Qordienko, Yevgeniy Banada, Valeri Luçkeviç və Artem Sitalo ilə müqavilələrin bu yay başa çatacağı xatırladılıb. Klubun onlarla yolları ayıracağı gözlənilir.

Qeyd edək ki, "Aleksandriya" Ukrayna Premyer Liqasında 26 xalla 7-ci pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
08.05.2021
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayı
08.05.2021
“Sabah” – “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı
07.05.2021
İngiltərə Premyer Liqasında yeni mövsümün başlanma vaxtı açıqlandı
07.05.2021
“Avro-2020“nin kuboku İlham Əliyevə təqdim olundu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info