“Sumqayıt“ın 350-ci oyunu
Tarix: 22.04.2021 | Saat: 14:40:00 | Oxunub: 861 | E-mail | Çapa göndər
Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Sumqayıt” komandası üçün yubileylə əlamətdar olub.

Futbolmedia.az
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi tarixinin 350-ci matçını keçirib.

“Qarabağ”la ev görüşünədək 349 dəfə meydana çıxan sumqayıtlılar yubiley qarşılaşmasından heç-heçə ilə ayrılıb – 0:0.

Bu, 101 qələbə və 158 məğlubiyyəti olan komandanın 91-ci "sülh"ü olub. Rəqib qapılarına 360 qol vuran "Sumqayıt" 468 top buraxıb.

Qeyd edək ki, əsası 2010-cu ildə qoyulan komanda əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edib. 11 il ərzində komanda Premyer Liqa, I divizion, Azərbaycan Kuboku və UEFA Avropa Liqasında çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
08.05.2021
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayı
08.05.2021
“Sabah” – “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı
07.05.2021
İngiltərə Premyer Liqasında yeni mövsümün başlanma vaxtı açıqlandı
07.05.2021
“Avro-2020“nin kuboku İlham Əliyevə təqdim olundu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info