Bakıdakı oyunlarda azarkeş sayı artırıla bilər
Tarix: 22.04.2021 | Saat: 11:49:00 | Oxunub: 863 | E-mail | Çapa göndər

Avropa çempionatına ev sahibliyi edəcək istənilən şəhər aprelin 28-dək tamaşaçı tutumunu artıra bilər.

Futbolmedia.az
xəbər verir ki, bu barədə turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, UEFA kvotanın artılması üçün icazə verir: "Görünən odur ki, bu, bütün matçlar üçün deyil, bəzi oyunlar üçün edilə bilər. Bəzi qarşılaşmalarda sayın artırıla bilməsi çox qəribədir. Niyə hamısının sayı artmasın?"

Sorokin deyib ki, yarımfinallar və final AVRO-2020-nin ən vacib görüşləridir: "Bu səbəbdən, bunlardan ayrı-ayrılıqda danışırıq. Amma hansısa şəhərdə bir oyun üçün başqa, digəri üçün isə fərqli azarkeş sayının olması olduqca qəribədir".

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
08.05.2021
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayı
08.05.2021
“Sabah” – “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı
07.05.2021
İngiltərə Premyer Liqasında yeni mövsümün başlanma vaxtı açıqlandı
07.05.2021
“Avro-2020“nin kuboku İlham Əliyevə təqdim olundu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info