Millimizin üzvü Pavel Paşayevin komandası kubokda mübarizəni dayandırdı
Tarix: 22.04.2021 | Saat: 14:00:00 | Oxunub: 852 | E-mail | Çapa göndər
Ukrayna kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Futbolmedia.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” evdə "Zarya" ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Zarya" (4:3) növbəti mərhələyə yüksəlib. Paşayev 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

"Aleksandriya" isə tarixində ilk dəfə olaraq penalti zərbələrində uduzması ilə diqqət çəkib. Komanda altı penalti seriyasında iştirak edib. Bunların hamısı Ukrayna kubokunda reallaşıb.

Qeyd edək ki, kubokun finalında "Zarya" və Kiyev "Dinamo"su qarşılaşacaq. Matç mayın 13-ü keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
08.05.2021
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayı
08.05.2021
“Sabah” – “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı
07.05.2021
İngiltərə Premyer Liqasında yeni mövsümün başlanma vaxtı açıqlandı
07.05.2021
“Avro-2020“nin kuboku İlham Əliyevə təqdim olundu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info