Nurməhəmmədov “bürünc“ qazandı, Mariya Stadnik finalda
Tarix: 22.04.2021 | Saat: 11:00:00 | Oxunub: 915 | E-mail | Çapa göndər

Azərbaycanın iki sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb

Futbolmedia.az-ın məlumatına görə, 61 kq-da Əhmədnəbi Qvarzatilov 3-cü yer uğrunda gürcüstanlı Beka Lomtadze ilə üz-üzə gəlib. 7:9 hesabı ilə uduzan idmançı medal şansını əldən verib.

92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov isə Andril Vlasovla (Ukrayna) qüvvəsini sınayıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Nurməhəmmədov bürünc medal qazanıb.

---------------------------

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Futbolmedia.az-ın məlumatına görə, 50 kq-da mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 10:4 hesabı ilə qalib gələn 2 qat dünya və 7 qat Avropa çempionu adını finala yazdırıb.

Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.

--------------------------------------------

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Futbolmedia.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.

Stadnik Rusiya təmsilçisi Yekaterina Poleşçuku məğlub edərək yarımfinala adlayıb.

68-də yarışan Elis Manolova 1/8 finalda Tindra Syöberqdən (İsveç) güclü olub, lakin növbəti raundda Nesrin Bas (Türkiyə) ilə dueldən məğlub ayrılıb.

Səbirə Əliyeva (76 kq) isə 1/4 finalda Epp Maeeyə (Estoniya) uduzub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

-----------------------------------------------------------------------

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaq.

Futbolmedia.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən 3-ü döşək üzərinə çıxacaq.

2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) ilə Səbirə Əliyevanın (76 kq) ilk görüşü 1/4 final mərhələsinə təsadüf edəcək. Elis Manolova (68 kq) isə mübarizəyə 1/8 finaldan başlayacaq.

Stadnik Rusiya, Əliyeva Estoniya, Manolova isə İsveç təmsilçisi ilə görüşəcək. Qadın güləşçilərdən Tatyana Varansova ilə İrina Netreba isə növbəti gün xalça üzərinə çıxacaq.

Avropa çempionatı
Qadın güləşi

21 aprel

50 kq
1/4 final: Mariya Stadnik - Yekaterina Poleşçuk (Rusiya) - 11:0

1/2 final: Mariya Stadnik - Oksana Livaç (Ukrayna) - 10:4

Final: Mariya Stadnik - Miqlena Selişka (Bolqarıstan)

68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç) - 10:2

1/4 final. Elis Manolova - Nesrin Bas (Türkiyə) - 3:7

76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya) - 0:10




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır
05.05.2021
Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
03.05.2021
Karlsen qalib, Məmmədyarov üçüncü oldu - YENİLƏNDİ
02.05.2021
İran cüdoçuları yarışlardan kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info