Nurməhəmmədov 1/4 finalda, Aşırov və Nayfonov uduzdu - YENİLƏNİR
Tarix: 20.04.2021 | Saat: 18:07:00 | Oxunub: 881 | E-mail | Çapa göndər

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatının ikinci günündə daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Futbolmedia.az-ın məlumatına görə, Azərbaycan bu çəkilərdən 4-də təmsil olunacaq.

Əşrəf Aşırovun (74 kq) ilk görüşü 1/16 finala, Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Məmmədsəidov (86 kq) və Osman Nurməhəmmədovda (92 kq) 1/8 final mərhələsinə təsadüf edəcək. Qvarzatilov və Nurməhəmmədovun rəqibləri Almaniya təmsilçiləri olacaq. Aşırov Türkiyə, Məhəmmədsəidov isə Rusiyadan olan rəqibi ilə qarşılaşacaq.

Avropa çempionatı
Sərbəst güləş
20 aprel

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya)

74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Eryılmaz (Türkiyə) - 2:3

86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya) - 2:10

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya) - 10:4

1/4 final. Osman Nurməhəmmədov - Axmed Maqamayev (Bolqarıstan)

Bu gün eyni zamanda 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Şamil Zubairov (97 kq) təsəlliverici, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Rəşad Yusifli (79 kq) bürünc medal, Turan Bayramov (70 kq) final qarşılaşmasına çıxacaq.

57 kq
Bürünc medal görüşü: Əfqan Xaşalov - Aryan Tsiutrin (Belarus) / Givi Davidovi (İtaliya)

65 kq
Bürünc medal görüşü: Əli Rəhimzadə - George Ramm (Böyük Britaniya) / Andrey Svirid (Ukrayna)

70 kq
FİNAL: Turan Bayramov - İsrail Kasumov (Rusiya)

79 kq
Bürünc medal görüşü: Rəşad Yusifli - Osman Haydari (Albaniya) / Alans Amirovs (Latviya)

97 kq
Təsəlliverici görüş: Şamil Zubairov - Radu Lefter (Moldova) - 14:9

Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
08.05.2021
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayı
08.05.2021
“Sabah” – “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı
07.05.2021
İngiltərə Premyer Liqasında yeni mövsümün başlanma vaxtı açıqlandı
07.05.2021
“Avro-2020“nin kuboku İlham Əliyevə təqdim olundu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info