Rusiyalı şahmatçı lider oldu - İddiaçılar turniri
Tarix: 20.04.2021 | Saat: 14:00:00 | Oxunub: 949 | E-mail | Çapa göndər
Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə İddiaçılar Turnirinə qaldığı yerdən start verilib.

Futbolmedia.az-ın məlumatına görə, VIII turda liderlər qələbə qazana bilməyib.

Fransalı Maksim Vaşye-Laqrav ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub, rusiyalı Yan Nepomnyaşi isə niderlandlı Aniş Giri ilə heç-heçə edərək liderliyi ələ keçirib.

Digər görüşlərdə rusiyalı Aleksandr Qrişuk həmyerlisi Kirill Alekseyenkoya məğlub olub. Çinli Dinq Liren isə həmyerlisi Van Hao ilə bərabərə qalıb.

8 turdan sonra turnir cədvəlinə 5 xalla Nepomnyaşi başçılıq edir. Karuana və Vaşye-Laqrav 4,5 xalla 2-3-cü, Giri ilə Hao 4 xalla 4-5-ci, Alekseyenko və Qrişuk 3,5 xalla 6-7-ci yerləri bölüşdürür. Dinq Liren isə 3 xalla sonuncu - 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq. 2019-cu ildə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov koronavirusun yayılması səbəbindən bu turnirdən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki turnir 2020-ci martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb o




 
Bölməyə aid digər xəbərlər
18.05.2021
İki güləşçimiz finala yüksəldi - Avropa çempionatı
13.05.2021
Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq idmançımız
12.05.2021
Karate üzrə Azərbaycanlı hakim Tokio Yay Olimpiya ounlarında
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info