Boksçumuz erməniyə rəqib oldu
Tarix: 20.04.2021 | Saat: 11:40:00 | Oxunub: 951 | E-mail | Çapa göndər
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Futbolmedia.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarışın yarımfinalına vəsiqə qazanıb.

49 kq çəki dərəcəsində mübarizə aparan boksçu 1/2 finala gedən yolda macarıstanlı Levent Eqedusu mundialdan kənarlaşdırıb. Hüseynov rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçu finala vəsiqə üçün Rusiyanı təmsil edən erməni idmançı Robert Bədəlyanla qarşılaşacaq.

Hüseynovdan fərqli, millinin digər boksçuları Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Murad Allahverdiyev (81 kq) birinciliyi 5-ci yerdə bitiriblər. Onlar 1/4 finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar.

Qeyd edək ki, yarımfinal döyüşləri aprelin 20-də, final qarşılaşmaları isə ayın 23-də olacaq.




 
Bölməyə aid digər xəbərlər
18.05.2021
İki güləşçimiz finala yüksəldi - Avropa çempionatı
13.05.2021
Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq idmançımız
12.05.2021
Karate üzrə Azərbaycanlı hakim Tokio Yay Olimpiya ounlarında
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info