Tanınmış məşqçi süni nəfəs aparatına qoşuldu
Tarix: 20.04.2021 | Saat: 11:04:00 | Oxunub: 953 | E-mail | Çapa göndər
Braziliyanın kişi voleybolçulardan ibarət millisinin baş məşqçisi Renan Dal Zotto koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.

Futbolmedia.az Braziliya Voleybol Konfederasiyasının (CBV) rəsmi saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis süni nəfəs aparatına qoşulub. Onun 48 - 72 saat bu vəziyyətdə qalacağı bildirilib.

"Globoesporte" nəşrinin yazdığına görə, Dal Zottoya artıq COVID-19 vaksininin birinci dozası vurulub.

Daha əvvəl CBV-nin vitse-prezident Radames Lattari analoji səbəbdən xəstəxanaya aparılıb. Süni nəfəs aparatına qoşulan konfederasiya rəsmisinin hazırda özünü yaxşı hiss etdiyi qeyd olunub.

Xatırladaq ki, Braziliya millisi təsnifat turnirinin nəticələrindən sonra Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.




 
Bölməyə aid digər xəbərlər
17.05.2021
Birinci divizionun qalibləri mükafatlandırıldı VİDEO
17.05.2021
“Atletiko“ - “Osasuna“ - 2:1 VİDEO
17.05.2021
Barselona“ - “Selta 1:2 VİDEO
16.05.2021
Sergen Yalçına mətbuat konfransı zamanı hücum edildi VİDEO
16.05.2021
“Çelsi“ - “Lester Siti“ 1:0 VİDEO

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info