Boksçularımız 1/4 finala yüksəldi
Tarix: 19.04.2021 | Saat: 10:14:00 | Oxunub: 971 | E-mail | Çapa göndər
Polşanın Keltse şəhərində təşkil olunan gənc boksçular arasında dünya birinciliyində altıncı günə yekun vurulub. Futbolmedia.az-ın məlumatına görə, 1/8 final mərhələsinin axırıncı günündə Azərbaycan millisinin daha bir üzvü rinqdən qalib ayrılıb.

İlk döyüşündə Domeniko Vingiquerranı (İtaliya) məğlub etmiş Murad Allahverdiyev (81 kq) ikinci duelində Kaan Aykutsundan (Türkiyə) da üstün olub. Allahverdiyev bu dəfə də rəqibi üzərində 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbəyə sevinib. O, aprelin 19-da baş tutacaq 1/4 finalda Denis Salaba (Ukrayna) ilə qarşılaşacaq.

Allahverdiyevdən fərqli, Cəlal Qurbanov (60 kq) 1/8 finalda mübarizəni dayandırıb. Reyto Tsutsumi (Yaponiya) ilə döyüşən boksçu məğlubiyyətə üzülüb.

Qeyd edək ki, yığmamızın heyətində daha öncə Nicat Hüseynov (49 kq), Əli Zamanov (52 kq) və Əzrək Bəbirov (56 kq) 1/4 finalda iştirak hüququ qazanıb. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
18.05.2021
İki güləşçimiz finala yüksəldi - Avropa çempionatı
13.05.2021
Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq idmançımız
12.05.2021
Karate üzrə Azərbaycanlı hakim Tokio Yay Olimpiya ounlarında
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info