Türkiyə cüdoçusu Avropa çempionu oldu
Tarix: 18.04.2021 | Saat: 12:30:00 | Oxunub: 965 | E-mail | Çapa göndər
Türkiyə cüdoçusu Vedat Albayrak Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Futbolmedia.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı finalda Mattias Kasseyə qızıl xal bölümündə qalib gəlib. Bu, həm də "ay-ulduzlular"ın ilk medalı olub.

Qeyd edək ki, Vedat Albayrakın əsl adı Vano Revazişvilidir. O, 2 mart 1993-cü ildə Qazaxıstanın Kokçetav şəhərində gürcü ailəsində doğulub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Yunanıstanı Roman Mustopulos adı ilə təmsil edib. 2017-ci ildən Türkiyə yığmasında Vedat Albayrak adı ilə mübarizə aparır.

Albayrak 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında bürünc medal qazanıb. Avropa çempionatındakı ilk görüşündə isə o, azərbaycanlı cüdoçu Murad Fətiyevi yenib.




 
Bölməyə aid digər xəbərlər
18.05.2021
İki güləşçimiz finala yüksəldi - Avropa çempionatı
13.05.2021
Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq idmançımız
12.05.2021
Karate üzrə Azərbaycanlı hakim Tokio Yay Olimpiya ounlarında
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info