Qurban Qurbanov: “Müdafiədə oynayan komandaya qarşı çıxış etdik“
Tarix: 16.04.2021 | Saat: 20:30:00 | Oxunub: 1396 | E-mail | Çapa göndər

"Bir xal qazandıq. Oyunda düşünmədiyimiz zədələr oldu. Müdafiədə oynayan komandaya qarşı çıxış etdik. Məğlub da ola bilərdik. Sanki hər şey bizə qarşı idi. Sonadək oyundan qopmadıq".

Futbolmedia.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, rəqib baş məşqçi Aftandil Hacıyevi təbrik edib: "Futbolçularımı da təbrik edirəm ki, oyundan qopmadılar və bir xal qazandıq. Zədələnən Şahruddin Məhəmmədəliyev klinikaya aparıldı. Onun nə zaman qayıdacağını deyə bilmərəm. Filip Ozobiçin də durumu hazırda yaxşı deyil və ağrısı var. Şahruddin üzündən zədə aldı. Baş hakim Əliyar Ağayev bizim yaxşı hakimlərimizdəndir. Siz nəyi görmüsünüzsə, biz də onu gördük".

Qurbanov klubun planlarından da danışıb: "Klub rəhbərliyi illərdir stabil büdcəni qoruyub saxlayır. Rəhbərlik bu adı sevir, bu ad üçün "Qarabağ"ı saxlayırlar. Hamı çox gözəl başa düşür ki, nəticəni istədiyiniz kimi əldə edə bilmirsən. Rəhbərliyin futbolla bağlı təcrübəsi çoxalıb. Birinci məqsəd klubu layiqincə yaşatmaqdır".

Baş məşqçi bu gün çoxlu qol imkanlarının yarandığını söyləyib: "Hər klub "Qarabağ"a qarşı böyük motivasiya ilə oynayır. Bir neçə topumuz dirəyə dəydi. Əslində belə nəticələrə sevinirəm. Klubların bizdən və "Neftçi"dən xal almağı futbolun inkişafı deməkdir. Qalib gəlmək gücündə idik, amma alınmadı. Gərginlik həmişə var. Bəzən futbolçuları hazırlasaq da, həyəcan olur".




 
Bölməyə aid digər xəbərlər
11.05.2021
Təmkin Xəlilzadə: “Mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram“
10.05.2021
“Səbail“in 50-ci məğlubiyyəti
10.05.2021
Mahir Emreli “Qarabağ”ın heyətində 70-ci qolunu vurdu
09.05.2021
“Qarabağ” səfərə üç xal üçün yollanır - YENİLƏNİR
09.05.2021
Aftandil Hacıyev: “Bizdə əhval-ruhiyyə o səviyyədə deyil“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info