Qvardioladan “UEFA və FİFA -ya şok etiraz
Tarix: 05.04.2021 | Saat: 17:16:00 | Oxunub: 843 | E-mail | Çapa göndər

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola oyun qrafikinin sıxlığından şikayətənib.

Futbolmedia.az xəbər verir ki, 49 yaşlı mütəxəssis goal.com-a açıqlamasında oyunçuların bu qrafikə tab gətirmək gücündə olmadıqlarını deyib:

"Oyunçular da insandır, maşın deyillər. Bilirəm ki, bəzi futbolçular hər matçda iştirak etmədikdə əsəbləşirlər. Amma bu, mümkün deyil. Əlbətdə, oynaya bilərlər, amma hamının istirahətə ehtiyacı var. UEFA və FİFA təqvim həddindən artıq sıx olduğundan futbolçuları öldürür. Mövsüm başlayandan bəri bir həftə belə istirahət etməmişik. Buna vaxt yoxdur. Həm zehni, həm də fiziki cəhətdən belə bir cədvələ tab gətirə biləcək oyunçu yoxdur. Bu, mümkün deyil".

Qeyd edək ki, "Mançester Siti" növbəti oyununu aprelin 6-da Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sına qarşı keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
18.05.2021
“Leyptsiq“ klubu Türk futbolçunu heyətinə qatmaq istəyir
18.05.2021
Dünyanın ən bahalı futbol brendləri - Siyahı
18.05.2021
Yulian Drakslər daha 4 il PSJ-də
18.05.2021
“Yuventus“un gənc ulduzu Matteys de Liqt bahalı paltarlar geyinmir
18.05.2021
“Liverpul”un Türk futbolçusu zədələndi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info