Branimir Subaşiç : “Azərbaycan sərt, çox yöndəmsiz komanda kimi görünür“
Tarix: 30.03.2021 | Saat: 16:11:00 | Oxunub: 859 | E-mail | Çapa göndər
Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç Serbiyanın "Kurir sport" nəşrinə müsahibə verib. Futbolmedia.az xəbər verir ki, serbiyalı keçmiş oyunçu DÇ-2022-nin seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan – Serbiya görüşü ilə bağlı fikirlərini bildirib.

- Hazırkı Azərbaycan yığması necə görünür?

- Sərt, çox yöndəmsiz komanda kimi görünür. Bu, bir ifadə ola bilər, amma inanın ki, bu gün zəif milli komandalar yoxdur. Azərbaycanı qiymətləndirməmək olmaz. Onları bir neçə matçda izlədim və əsas təəssüratım budur ki, müdafiədə son dərəcə çətin komandadır, çox yaxşı müdafiə olunurlar.

- Bəs Serbiya millisi necə işləyir?

- Xüsusi enerjimiz var. Hər şey mənim üçün fenomenal görünür.

- Əksəriyyət Serbiya yığmasını oyunun favoriti sayır...

- Razıyam. Komandamızla birlikdə eyni təyyarədə idim. Atmosfer həqiqətən yaxşıdır. Bu da yaxşı nəticə qazanmağımız üçün əsas şərtidir. İnsanların milliyə inamının yavaş-yavaş qayıtdığını görürəm. Buna sevindim. Vətənpərvər olmalı, ölkəmizi sevməliyik.

- Azərbaycan yığmasının bizi necə təəccübləndirəcəyini bilirik?

- Təkrar edirəm, onlara yuxarıdan aşağı baxmamalıyıq. Bir dəfə heç-heçə etdiyimiz və bir dəfə uduzduğumuz 2003-cü ildəki nəticələrin təkrarlanacağına inanmıram.




 
Bölməyə aid digər xəbərlər
17.05.2021
Tahir Gözəl: “Amma mən o gün də “Qarabağ”ımıza inanırdım“
16.05.2021
Ramin Musayev : “Çempionluq oyununa azarkeşlər buraxılmayacaq“
14.05.2021
Qurban Qurbanov: “ Ən ürəksiz qərarım idi“
14.05.2021
Aftandil Hacıyevin mətbuat konfransı
09.05.2021
Qurban Qurbanov: “Niyə düşünürlər ki, “Qarabağ“ zəifləyib?“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info