Kevin Medina: “Oyunlar getdikcə daha da çətinləşir“
Tarix: 24.03.2021 | Saat: 18:03:00 | Oxunub: 962 | E-mail | Çapa göndər
"Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yığmalarına dəvət almayan futbolçular üçün yaxşı fürsət yaranır. Bu dönəm öz üzərimizdə işləmək və çatışmayan cəhətləri aradan qaldırmaq üçün yaxşı hesab edilməlidir".

Futbolmedia.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlamasında hazırlıq prosesi barədə danışarkən deyib.

Kolumbiyalı müdafiəçi hazırkı vəziyyətin özü üçün də göydəndüşmə olduğunu bildirib: "Məlum səbəblərdən bir müddət rəsmi oyunlardan kənar qaldım. Oyun ritmini bərpa etmək və matçlara hazır olmaq üçün əlverişli zamandır. Məşqlərimiz öz axarında davam edir və bundan maksimum yararlanmağa çalışırıq".

28 yaşlı oyunçu Premyer Liqada komandaların "Qarabağ"a qarşı fərqli mübarizə apardıqlarını bildirib: "Oyunlar getdikcə daha da çətinləşir. Komandalar bizə qarşı fərqli əhval-ruhiyyədə, motivasiyada hazırlaşırlar. Bu baxımdan oyunlar bizim üçün çətin keçir. Buna baxmayaraq, hədəflərimiz dəyişmir. Növbəti oyunlarda maksimum xallar qazanmağa çalışacağıq".




 
Bölməyə aid digər xəbərlər
17.05.2021
Tahir Gözəl: “Amma mən o gün də “Qarabağ”ımıza inanırdım“
16.05.2021
Ramin Musayev : “Çempionluq oyununa azarkeşlər buraxılmayacaq“
14.05.2021
Qurban Qurbanov: “ Ən ürəksiz qərarım idi“
14.05.2021
Aftandil Hacıyevin mətbuat konfransı
09.05.2021
Qurban Qurbanov: “Niyə düşünürlər ki, “Qarabağ“ zəifləyib?“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info