“Formula 1 Azərbaycan“ azarkeşsiz keçiriləcək
Tarix: 02.03.2021 | Saat: 14:33:00 | Oxunub: 742 | E-mail | Çapa göndər

Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi azarkeşsiz olacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib. Onun sözlərinə.görə, belə bir qərar Azərbaycanın "Formula 1" şirkəti qarşısındakı öhdəliyi səbəbindən və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.

BŞH rəsmisi martın sonlarına doğru yarış məkanında baryerlərin quraşdırılacağını, mayda isə tikintinin yekunlaşacağını sözlərinə əlavə edib: "Yarış məkanı qırmızı, sarı və yaşıl zonalara bölünəcək. Azərbaycan Qran-prisi COVID-19 pandemiyası ilə əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacaq. Eyni zamanda iştirakçılara çöldə yemək verilməyəcək, konsert partisi isə keçirilməyəcək".

Xatırladaq ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir




 
Bölməyə aid digər xəbərlər
18.05.2021
İki güləşçimiz finala yüksəldi - Avropa çempionatı
13.05.2021
Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq idmançımız
12.05.2021
Karate üzrə Azərbaycanlı hakim Tokio Yay Olimpiya ounlarında
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info