Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
Tarix: 18.02.2021 | Saat: 17:14:00 | Oxunub: 774 | E-mail | Çapa göndər
Azərbaycan cüdoçusu Davud Məmmədsoy İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.

Futbolmedia.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Rusiya təmsilçisi Ramazan Abdulaevlə üz-üzə gəlib. Rəqibinə qalib gələn Məmmədsoy finala yüksəlib. Eyni çəkidəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenziyə (Böyük Britaniya) uduzub.

66 kq-dakı Avropa çempionu Orxan Səfərov 1/8 finalda Amit Boboviçlə (İsrail) bacarmayıb, Nicat Şıxəlizadə isə Petr Jukovu (Rumıniya) məğlub etsə də, 1/4 finalda Artur Tenin (Qırğızıstan) müqavimətini qıra bilməyib. O, təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

---------------------------------------------

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Böyük Dəbilqəyə start veriləcək.

Sportnet.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 7 idmançısı mübarizə aparacaq.

60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenzi (Böyük Britaniya) ilə, eyni çəkidəki Davud Məmmədsoy Morits Plafki (Almaniya) ilə üz-üzə gələcək.

66 kq-da son Avropa çempionatının qalibi Orxan Səfərov İsraili təmsil edən Amit Boboviçin müqavimətini qırmağa çalışacaq. Bu çəkidəki Nicat Şıxəlizadə isə Petr Jukovla (Rumıniya) qarşılaşacaq.

Qadınların yarışında Azərbaycanı üç cüdoçu təmsil edir.

48 kq-da yer alanlardan Leyla Əliyeva 1/16 finalda israilli Şira Rişoni, Aişə Qurbanlı isə onun həmyerlisi Tamar Malka ilə münasibətlərinə aydınlıq gətirəcək.

57 kq çəki dərəcəsindəki Gültac Məmmədəliyeva 1/16 finalda Eleudis Valentim (Braziliya) ilə görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 20-də yekun vurulacaq. Azərbaycan millisi yarışda 15 cüdoçu ilə təmsil olunur.


Kişilər

60 kq

1/16 final. Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)

1/16 final. Davud Məmmədsoy - Morits Plafki (Almaniya)

1/8 final. Davud Məmmədsoy - Vivay Yadav (Hindistan)

1/4 final. Davud Məmmədsoy - Qusman Kyrgyzbayev (Qazaxıstan

66 kq

1/8 final. Nicat Şıxəlizadə - Petr Jukov (Rumıniya)

1/4 final. Nicat Şıxəlizadə - Artur Te (Qırğızıstan)

1/8 final. Orxan Səfərov - Amit Boboviç (İsrail)

Qadınlar

48 kq

1/16 final Leyla Əliyeva - Şira Rişoni (İsrail)

1/16 final. Aişə Qurbanlı - Tamar Malka (İsrail)

1/8 final. Aişə Qurbanlı - Şirine Buoukli (Fransa)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - Eleudis Valentim (Braziliya)

1/8 final. Gültac Məmmədəliyeva - Astride Qnedo (Fransa)




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır
05.05.2021
Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
03.05.2021
Karlsen qalib, Məmmədyarov üçüncü oldu - YENİLƏNDİ
02.05.2021
İran cüdoçuları yarışlardan kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info