FutbolMedia.Az
  • 06:46 Çərşənbə axşamı
    21 Aprel 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Hakim Tural Qurbanovun

Hakim Tural Qurbanovun "Kəpəz"ə və Tərlan Əhmədova niyə düşman kəsilib - Yazı

Azərbaycan premyer liqasının 32-ci turunda çox maraqlı hadisələr baş verdi. İlk olaraq, turun ilk açılış matçında “Kəpəz” Qəbələdə “Sumqayıt”ı qəbul edirdi. Əslində Gəncə klubu da, rəqib komanda kimi qonaq qismində meydanda mübarizə aparırdı. Çünki öz Gəncə stadionlarından necə deyərlər təxribat nəticəsində ayrı salınıblar. Ot örtüyü elə günə bilərəkdən salınıb ki, heyvan belə stadionda otlamaz. Gələk məsılənin əsas yerinə. Matç boyu “Kəpəz” rəqib komanda olan “Sumqayıt”dan üstün futbol sərgilədi. Hətta dəfələrlə real qol imkanları oldu. Xüsusən də, qapılarına ofsaytdan vurulan qoldan sonra çox aktiv oyun sərgilədilər. Məhz həmin ofsaytdan vurulan qolun qeydə alınması, Azərbaycan futbolunun və hakimlərinin hansı gündə olduğunu göstərdi. Matçın baş hakimi Tural Qurbanov açıq-aşkar “Kəpəz”ə düşman kəsllmişdi. Bunu oyun ərzində verdiyi anormal qərarlarla görmək olardı. “Sumqayıt” futbolçuları dəfələrlə sarı vərəqəlik qayda pozuntuları etdilər. Lakin baş hakim Tural Qurbanovun fiti susdu. Və ya, əlini cibinə aparmaq istəmədi. Görünən o, idi ki, hakim Gəncə lubunun futbolçularını psixoloji gərginliyə salmağa çalışırdı. Demək olar ki, buna nail olmuşdu. Onun idarəçiliyindən Futbolçular, məşqçilər, azarkeşlər və jurnalistlər çox narazı qaldı. Gələk matçın 64 –cü dəiqəsində “Kəpəz”in qapısına ofsaytdan vurulan qola. Qolu qeydə alan baş hakimi VAR hakimlər briqadası monitora dəvət etdi. Hakimlərin bu qərarı ona dələalət edirdi ki, qol ofsaytdan vurulub. Yoxsa, VAR hakimləri baş hakimi heçnədən niyə monitora çağırsınlar ki? Televiziya vasitəsi ilə milyonlarla insan da, təkra epizoda dəfələrlə baxdıqda, gördülər ki, həmin qol ofsaytdan vurulub. Hər şey açıq-aydın görünürdü. Hər kəs və mən də, düşündüm ki, baş hakim Tural Qurbaonov indi VAR-a baxdıqdan sonra qolu ləvğ edəcək. Lakin hakim hər kəsi şoka salacaq qərar qəbul etdi. Əslində, bu qərar şoka salacaq deyil, şübhə yaradacaq qərar idi. Məhz bu qərardan sonra baş hakimin kimlərinsə sifarişini yerinə yetirdiyini görmək çətin olmadı. Aldığımız məlumata görə, məhz baş hakim Tural Qurbanovu Hakimlər Komitəsinə işə düzəldən “Sumqayıt” klubunun rəhbəri Riad Rəfiyevdir. Hə bax buna görə baş hakim Tural Qurbanovun xislətinin, cənfəşanlığının, nəyə xidmət etdiyini görməmək çətin deyildi. Azərbaycanda ən pis gündə olan “Kəpəz”dən nə istəyirlər. Heç nəyi olmayan, hər şeyi sıfırdan qurulan komandanı baş məşqçi Tərlan Əhmədov zirvələrə daşıyır. Azərbaycan futbolunu gözü götürməyənlər buna mane olmağa çalışırlar. Axı “Kəpəz” Azərbaycan klubları içərisində sponsoru olmayan ən bədbəxtidir. Nə maaşları vaxtı –vaxtında verilir. Nə futbolçuların səviyyəsi normaldır. Belə heç nəyi olmayan kollektivdən möhtəşəm, döyüşkən komanda quran Tərlan Əhmədova torba tikməkdən doymadılar. Ümumiyyətlə, baş hakim olan Tural Qurbanov “Kəpəz”in oyunlarını idarə etdiyi görüşlərdə hər zaman Gəncə klubu uduzdurulub. Sanki bu hakim “Kəpəz” üçün bir cəsus funksiyasını yerinə yetirir. Bütün oyunlarda “Kəpəz”ə qarşı haqsızlıq olub. Hakimlər Komitəsi, AFFA-da oturan bəzi “Kəpəz”, Gəncə futboluna düşman şəxslər elə bilməsinlər ki mətbuatın, azarkeşlərin, insanların gözündən onların çirkin əməlləri yayayınıb. Hər kəs hər şeyi yaxşı görür. Vaxtı çatanda etdiyi cinayətlərə görə cavab verəcəklər. Özünüzü yığışdırın. Gəncə futbolundan, Tərlan Əhmədovun yaxasından əl çəkin. İmkan verin ki, Azərbaycanda futbol yaşasın. İnkişaf etməyi bir qırağa dursun. Yoxsa, sizə verəcəyimiz cavab ağır olacaq.

Əli HƏYATİ

30-04-2023, 18:03
21006
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-03-2023, 10:11
Tərlan Əhmədova torba əməliyyatı gedir - Təkcə
Tərlan Əhmədova torba əməliyyatı gedir - Təkcə "Kəpəz"in pulu köçürülməyib
13-03-2023, 07:36
Tural Axundov:
Tural Axundov: "Hakimlər nədənsə bizim qapımıza VAR-a baxmadan da,penalti verirlər"
5-01-2023, 12:07
Tural Axundov:
Tural Axundov: "inanıram ki, fasilədən sonra daha güclü olacağıq" "inanıram ki, fasilədən sonra daha güclü olacağıq"
22-12-2022, 11:32
Tural Axundov:
Tural Axundov: "Tovuzda haqqımızı yedilər"
21-12-2022, 19:12
Tərlan Quliyev:
Tərlan Quliyev: "Azərbaycan kubokunda yarımfinala adlamaq "Turan Tovuz" üçün uğurdu"
15-12-2022, 15:54
"Kəpəz"in qladiatoru Tərlan Əhmədov - YAZI
14-12-2022, 10:17
“Kəpəz” – “Sabah”a qarşı -
“Kəpəz” – “Sabah”a qarşı -
7-11-2022, 16:50
Tural Axundov:
Tural Axundov: "Qarabağ"la başa -baş oynamağımız, "Kəpəz"də irəliləyişin olduğunu göstərir"
24-10-2022, 10:28
"Qəbələ"ni səfərdə mat qoyan Tərlan Əhmədov - Yazı
16-10-2022, 12:12
“Qarabağ” – “Sumqayıt”a,“Kəpəz” – “Neftçi”yə qarşı -
“Qarabağ” – “Sumqayıt”a,“Kəpəz” – “Neftçi”yə qarşı - YENİLƏNİR
12-09-2022, 15:15
I Divizionda təyinatlar açıqlandı
I Divizionda təyinatlar açıqlandı
28-08-2022, 19:27
Tural Axundov:
Tural Axundov: "Rauf nə baş məşqçini, nədə ki, hakimi söyməmişdi"
  Xəbər Lenti
“Barselona” Alexandro Balde ilə yollarını ayıra bilər - Transfer xəbərləri 20.04.2026, 18:09
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər 20.04.2026, 17:08
Eli Junior Krupi "Mançester Yunayted"ə keçə bilər - Transfer xəbərləri 20.04.2026, 16:16
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər 20.04.2026, 15:44
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı 20.04.2026, 14:25
“Çelsi” “Sanderlend”in futbolçusunu istəyir - Transfer xəbərləri 20.04.2026, 14:04
Millimizin 5 üzvü mübarizəyə başlayır - Avropa çempionatı 20.04.2026, 13:12
Rüstəm Əhmədzadə: "Sübut etmək istəyirik ki, bu, müvəqqəti uğursuzluq idi" 20.04.2026, 12:19
"Kür-Araz" - "Göygöl" 2:0 - VİDEO 20.04.2026, 11:21
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
26-03-2026, 17:03
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
23-03-2026, 17:01
"Qarabağ" klubuna və Azərbaycan futboluna düşmən kəsilən hoqqabaz AFFA utan -YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-03-2026, 09:11
"Turan Tovuz" klubu və Azərbaycan futbolu üçün dəyər olan Ehtiram Quliyev -YAZI
1-04-2026, 17:15
Gəncə futbolunu və
Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI
24-03-2026, 14:21
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
24-03-2026, 17:08
"Mançester Yunayted" Alfonso Deyvisi "Bavariya"dan transfer etmək istəyir - Transfer xəbərləri
26-03-2026, 19:06
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya -
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya - Xarici xəbərlər
7-04-2026, 17:07
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
27-03-2026, 10:15
Azərbaycan millisi Sent Lüsiyaya qarşı -
Azərbaycan millisi Sent Lüsiyaya qarşı - YENİLƏNİR
2-04-2026, 16:17
"Barselona"nın prezidenti Xoan Laporta FIFA-nı tənqid etdi - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb