



Canlı əfsanə Luiş Fiqu həmkarı Olisenin oyunundan zövq alır - Xarici xəbərlər
Portuqaliya millisinin və “Real”ın sabiq futbolçusu Luiş Fiqu “Bayern”in vingeri Mikael Olise haqqında danışıb.
24 yaşlı futbolçu bu mövsüm göstərdiyi performansla diqqət mərkəzinə düşüb.
Futbolmedia.az AS-a istinadən xəbər verir ki, portuqaliyalı sabiq futbolçu, Olisenin belə davam edərsə, “qızıl top” uğrunda mübarizə apara biləcəyini söyləyib:
“Olise “Real”a qarşı ilk matçda möhtəşəm çıxış etdi. Onun oyunu mənim xoşuma gəlir. Bu səviyyədə davam edərsə, “qızıl top”a real namizəd olacaq”.
“Bayern” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Real”ı 2:1 hesabı ilə məğlub edib. Cavab matçı aprelin 14-də, Münhendə keçiriləcək.
Fransalı futbolçu cari mövsümdə Bundesliqada 27 oyuna çıxaraq, 12 qol vurub və 18 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























