FutbolMedia.Az
  • 02:09 Bazar ertəsi
    3 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
AFFA “Qarabağ” – “Sabah” oyunu ilə bağlı yenidən araşdırma aparacaq

AFFA “Qarabağ” – “Sabah” oyunu ilə bağlı yenidən araşdırma aparacaq

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçında baş verən kütləvi davanın hüquqi müstəvidə yenidən araşdırılacağını bəyan edib.

Futbolmedia.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən açıqlamada sözügedən qarşılaşmanın 84-cü dəqiqəsində yaşanan insidentlə bağlı ilkin mərhələdə cəza kəsilməməsinin səbəblərinə aydınlıq gətirilib:

“Qarabağ” – “Sabah” oyununun 84-cü dəqiqəsində baş vermiş epizodla bağlı qeyd etmək lazımdır ki, oyun zamanı nə hakimlər briqadası, nə də AFFA nümayəndəsi münaqişənin hansı səbəbdən yarandığını birbaşa müşahidə etməyib. Bu səbəbdən də rəsmi oyun protokolunda yalnız münaqişə faktının baş verməsi qeyd olunmuş, hadisənin mahiyyəti barədə əlavə hüquqi qiymətləndirmə aparılması üçün zəruri məlumatlar protokolda əksini tapmayıb.

Eyni zamanda, matçın rəsmi yayım görüntülərində də sözügedən epizod tam və aydın şəkildə qeydə alınmamışdır ki, bu da ilkin mərhələdə hadisənin bütün halları üzrə obyektiv qiymətləndirmə aparılmasını məhdudlaşdırıb.

Lakin AFFA İntizam Komitəsinin qərarları ictimaiyyətə açıqlanandan təxminən 10 dəqiqə sonra həmin epizodu əks etdirən əlavə texniki video görüntülər mediada və ictimai platformalarda yayılıb. Məsələnin obyektiv araşdırılması və faktiki halların tam müəyyən olunması məqsədilə AFFA İntizam Komitəsi həmin görüntüləri də nəzərə almaqla əlavə hüquqi qiymətləndirmə aparacaq və zərurət yarandığı halda müvafiq qərar qəbul edəcək.

Qeyd etmək vacibdir ki, AFFA İntizam Komitəsi öz fəaliyyətində AFFA-nın müvafiq normativ-hüquqi aktlarını, İntizam Məcəlləsinin tələblərini və ədalətli araşdırmanın fundamental prinsiplərini rəhbər tutur. Komitə hər bir işi mövcud sübutlar, rəsmi sənədlər və mümkün olan bütün informasiya mənbələri əsasında araşdıraraq obyektiv və ədalətli qərar qəbul etməyə çalışır.

7-03-2026, 09:20
6859
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-03-2026, 14:23
AFFA
AFFA "Neftçi"yə bəyanatla cavab verdi
18-09-2025, 15:49
"İmişli" apellyasiya şikayəti verəcək
21-05-2025, 14:00
AFFA
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
25-02-2025, 14:01
AFFA həmin bəyanata görə “Turan Tovuz
AFFA həmin bəyanata görə “Turan Tovuz"a sərt cəza verdi
12-02-2025, 17:03
AFFA İntizam Komitəsi “Qaradağ Lökbatanı və futbolçusunu cəzalandırdı
AFFA İntizam Komitəsi “Qaradağ Lökbatanı və futbolçusunu cəzalandırdı
23-10-2024, 15:48
AFFA
AFFA "Sabah"ın məşqçisini cəzalandırdı
11-10-2024, 14:38
AFFA iki məşqçini sərt cəzalandırdı
AFFA iki məşqçini sərt cəzalandırdı
8-02-2024, 15:49
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA İntizam Komitəsi qərarları açıqladı
24-10-2023, 16:10
AFFA İntizam Komitəsinin bugünkü qərarları
AFFA İntizam Komitəsinin bugünkü qərarları
27-04-2023, 17:34
AFFA İntizam Komitəsi
AFFA İntizam Komitəsi "Qarabağ" və "Zirə"ni cəzalandırdı
3-12-2021, 14:04
AFFA-dan Ramal Hüseynova 15 oyunluq cəza
AFFA-dan Ramal Hüseynova 15 oyunluq cəza
29-10-2021, 16:00
AFFA İntizam Komitəsi
AFFA İntizam Komitəsi "Sumqayıt"ın futbolçusunu sərt cəzalandırdı
  Xəbər Lenti
PSJ-nin hücumçusu Kolo Muani yenidən “Yuventus”da - Transfer xəbərləri 2.08.2026, 17:11
"Qalatasaray" xorvat üçün hərəkətə keçdi - Transfer xəbərləri 2.08.2026, 16:09
"Qəbələ" Bolqarıstanın "Beroe" klubundan qapıçısını transfer etdi - Transfer xəbərləri 2.08.2026, 15:37
Ronaldo və Corcinanın evlənəcəyi tarix bilindi - Xarici xəbərlər 2.08.2026, 14:35
Almaniyalı futbolçu “Ayaks”a keçdi - Transfer xəbərləri 2.08.2026, 13:09
Fransa klubu Torresə 5 illik müqavilə təklif edib - Transfer xəbərləri 2.08.2026, 12:07
Braziliyalı futbolçunun “Mançester Yunayted” arzusu - Transfer xəbərləri 2.08.2026, 11:34
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 2.08.2026, 11:06
"Qalatasaray"ın hücumçusu Viktor Osimhenni "Mançester Yunayted"ə keçə bilər - Transfer xəbərləri 2.08.2026, 09:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb