FutbolMedia.Az
  • 04:18 Bazar ertəsi
    28 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Nyukasl"ın futbolçusu: "Montielə qarşı ayıq-sayıq olmalıyıq"

"Nyukasl"ın futbolçusu Ceykob Merfi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək cavab qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolmedia.az xəbər verir ki, futbolçu gərgin oyun qrafikinə və "Qarabağ"a qarşı ilk matçdakı böyük hesablı qələbəyə (6:1) baxmayaraq cavab görüşünə ciddi yanaşdıqlarını qeyd edib:

"İlk növbədə yenidən evə qayıtmaq çox xoşdur. Ardıcıl dörd çətin səfər matçından sonra sanki öz doğma evimizə qayıdırıq. Bütün komanda bunu səbirsizliklə gözləyirdi. Azarkeşlərimizin qarşısında, öz stadionumuzda oynamaq bizə əlavə güc verir. Sabah bizi çətin bir oyunun gözlədiyini bilirik".

Futbolçu Bakıda qazanılan qələbə fonunda komandasının həmin matçdakı performansına heyran qaldığını gizlətməyib:

"Hesab edirəm ki, Bakıdakı başlanğıcımızı izləyən hər kəs şoka düşmüşdü. Ehtiyat oyunçular skamyasında mən özüm də oyunumuzu izləyərkən heyran qalırdım. "Nyukasl" öz aqressiv və hücumameyilli futbolunu oynayanda nələrə qadir olduğunu hamıya göstərir. Premyer Liqada bunu artıq hər kəs bilir, Çempionlar Liqasında da özümüzü ən yaxşı tərəfdən tanıtdıq. Bakıdakı matç hər şeyin bizim üçün mükəmməl alındığı və performansımızı ən yüksək səviyyədə təqdim etdiyimiz bir oyun idi".

Futbolçu "Qarabağ"ın heyətində xüsusilə Montielin sürətinə diqqət yetirməli olduqlarını bildirib:

"Rəqibin sol cinah oyunçusunun çox yaxşı sürətə malik olduğunu görmüşük. Bu, sabahkı oyunda diqqət yetirməli olduğumuz əsas məqamlardan biridir. Ümumiyyətlə, "Qarabağ" çətin rəqibdir. Joni Montiel müdafiənin arxasına sızmağı çox yaxşı bacarır, buna görə də ayıq-sayıq olmalıyıq. Lakin evdə oynadığımız üçün əsas diqqətimiz öz prinsiplərimizə və həyata keçirmək istədiyimiz plana yönəlib. Əgər ən yaxşı oyunumuzu nümayiş etdirə bilsək, istənilən rəqib üçün bizimlə qarşılaşmaq olduqca çətin olacaq".

Gənc oyunçu qitənin önəmli klub turnirində fərqlənməyindən danışıb:

"Bu, möhtəşəm bir hiss olmaqla yanaşı, həm də bir növ ağır yükdən qurtulmaq kimi idi. Bir neçə il əvvəl Çempionlar Liqasında oynamaq mənim ən böyük hədəfim idi və "San Siro"da debüt etməklə buna nail oldum. Bundan sonra isə ancaq ilk qolum və ilk məhsuldar ötürməm barədə düşünməyə başladım. Bir neçə məhsuldar ötürmə etsəm də, qol vurmaq bir az çətin alınır, sanki şans məndən qaçırdı. Nəhayət, bir az bəxtin də köməyi ilə o ilk qola imza ata bildim".

Merfi komandanın son illərdəki inkişafını və Çempionlar Liqasında 1/8 finala yüksəlməyin önəmini belə ifadə edib:

"Bu, möhtəşəm bir nailiyyət olardı. Son dörd mövsüm ərzində biz mütəmadi olaraq yeni zirvələr fəth etmişik və bu, növbəti böyük mərhələdir. Əgər 1/8 finala adlaya bilsək, bu bizi inanılmaz dərəcədə xoşbəxt edəcək. Ötən illərdə çox yaxşı işlər görmüşük, bu uğur isə onların sırasına ən vaciblərindən biri kimi əlavə olunacaq".

24-02-2026, 08:08
7944
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-02-2026, 14:36
Montiel:
Montiel: "Nyukasl"la oyunda yaxşı nəticə əldə edə bilərik"
17-02-2026, 21:12
"Nyukasl"ın futbolçusu: "Qarabağ" qeyri-adi komandadır"
17-02-2026, 17:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mən də çox istəkliyəm, futbolçularım da"
27-01-2026, 23:31
Qurban Qurbanov:
Qurban Qurbanov: "Sabahkı oyunda futbolçularıma inanıram"
26-11-2025, 09:15
Antonio Konte:
Antonio Konte: "Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi"
15-09-2025, 23:07
Kadi:
Kadi: "Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik"
8-08-2025, 09:20
"Levski"nin baş məşqçisi: "Azərbaycanda bizi çətin oyun gözləyir"
25-03-2025, 08:25
Belaruslu futbolçu:
Belaruslu futbolçu: "Bizi Azərbaycan millisi ilə çətin oyun gözləyir"
23-07-2024, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oynamaq üçün şərait o qədər də yaxşı deyildi"
1-09-2023, 12:08
Abdullah Zubir:
Abdullah Zubir: "6 il əvvəl "Qarabağ"a gəlmədiyim üçün peşman olmuşdum"
16-09-2022, 08:21
Qara Qarayev:
Qara Qarayev: "Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır"
24-08-2022, 12:09
"Viktoriya"nın baş məşqçisi "Qarabağ"la oyundan danışdı
  Xəbər Lenti
İngiltərə millisinin baş məşqçisi Tuhel İspaniyaya məğlubiyyətdən şok yaşayıb 27.09.2026, 21:20
Harri Keyn: ​"İspaniya boş yerə dünya çempionu olmayıb" 27.09.2026, 20:16
"Vasko da Qama" klubu "Qalatasaray"ın futbolçusunu komandada saxlayacaq - Transfer xəbərləri 27.09.2026, 18:03
"Liverpul" üçün Aleksandr İsak şoku - Zədələndi 27.09.2026, 17:10
Xorvatiya millisinin kapitanı Luka Modriçdən tarixi qol - 27.09.2026, 16:08
Litva - Azərbaycan oyunu bu kanalda 27.09.2026, 15:26
“Tottenhem”in müdafiəçisi “Mançester Yunayted”in hədəfində - Transfer xəbərləri 27.09.2026, 14:30
"Qəbələ"nin futbolçusu Şahin Şahniyarov zədələnib - Özəl Xəbər 27.09.2026, 14:00
“Barselona”nın futbolçusu Olmo: “Düşünürəm ki, ətrafımızda xüsusi səs-küy yoxdur" 27.09.2026, 13:33
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb