“Mançester Siti”dən göndəriləcək futbolçular var
Bu yay “Mançester Siti”ni bir neçə futbolçu tərk edəcək.

Futbolmedia.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola bildirib:

“Hesab edirəm ki, bütün bizim oyunçular burada qalmağa layiqdir. Onların xüsusi keyfiyyətləri var. Amma hər il vəziyyət dəyişir. Çünki elə futbolçular var ki, yeni rola adaptasiyanı uğurla keçir, bəziləri isə bunu edə bilmir. Söhbət keyfiyyətdə yox, bəzən meydana çıxa bilməməyi etiraf etməkdədir. Belə durumda ən yaxşısı futbolçunun getməyidir”.


Xəbər 820 dəfə oxundu.