“Bavariya“ istədi, “Barselona“ rədd etdi
"Barselona"nın yay transfer pəncərəsində "Bavariya"nın transfer təklifini rədd etdiyi məlum olub.

Futbolmedia.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi Kataloniya klubunun futbolçusu Pedrini almaq istəyib. Bundesliqa təmsilçisi 18 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro təklif etsə də, "Barselona"dan rədd cavabı alıb.

Qeyd edək ki, Pedri bu mövsüm La Liqada 22 matça çıxaraq, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Xəbər 742 dəfə oxundu.