“Trabzonspor“dan səfərdə çətin qələbə - Türkiyə Superliqası
Türkiyə Superliqasında 26-cı tura start verilib.

Futbolmedia.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. "Trabzonspor" səfərdə son çempion "Başakşəhər"lə qarşılaşıb. Görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Başakşəhər" - "Trabzonspor" - 0:1
Qol: Yusuf Sarı, 79

Bu nəticədən sonra "Trabzonspor" 45 xalla 4-cü, "Başakşəhər" 24 xalla 18-ci pillədə qərarlaşıb. Turnir cədvəlində "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça" 51 xalla 1-3-cü pillələri bölüşdürürlər.

Xəbər 725 dəfə oxundu.