“Real”ın qol maşını sıradan çıxdı
“Real”ın futbolçusu Kərim Benzema növbəti matçı buraxacaq.

Futbolmedia.az
“Cadena COPE”yə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu komandanın bu günkü məşqinə qoşulmayıb. Ona görə də fransalı oyunçu 24-cü turda “Valyadolid”lə görüşün iştirak ərizəsinə daxil edilməyəcək.

Həmçninin Benzemanın Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Atalanta” ilə qarşılaşmada iştirak edib-etməyəcəyi də sual altındadır.

Qeyd edək ki, “Valyadolid”lə matç sabah, “Atalanta” ilə matç isə fevralın 24-də keçiriləcək.

Xəbər 726 dəfə oxundu.