“Barselona“ “Yuventus“u uddu, “Çelsi“ və “Yunayted“dən darmadağın - Yenilənib
Çempionlar Liqasında 2-ci tura yekun vurulub.

Futbolmedia.az xəbər verir ki, 2-ci oyun günündə 8 matç keçirilib.

Turun mərkəzi görüşündə "Yuventus" "Barselona"nı qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Qardaş Türkiyənin təmsilçisi "Başakşəhər" İstanbulda PSJ ilə qarşılaşıb. Fransa klubu səfər matçından qələbə ilə ayrılıb - 2:0.

"Çelsi" Rusiyada "Krasnodar"a 4, "Mançester Yunayted" isə öz meydanında "Leypsiq"ə 5 cavabsız qolla qalib gəlib.


Xəbər 1870 dəfə oxundu.